
Nigeriyalı müğənni Adokiye Kirian "Boko Haram" radikal islamçı qruplaşmaya qəribə müraciət edib. O, terrorçulara əsir aldıqları məktəbli qızları buraxacaqları təqdirdə bakirəliyini verəcəyini bildirib.
Milli.Az TMZ-yə istinadən bildirir ki, Nigeriyanın İmo ştatının
sülhməramlı səfiri olan 23 yaşlı müğənni Vanguard News-a verdiyi
müsahibəsində belə təkliflə çıxış edib. O, təklifini daha sonra
Twitter-dəki profilində təsdiqləyib.
"Bu, sadəcə, ədalətsizlikdir. O qızlar çox gəncdir. Özümü o
qızların əvəzinə təklif edirəm. O qızlar 12-15 yaşlarındadır. Mən
daha yaşlı, daha təcrübəliyəm. Hər gecə yanıma lap 10-12 kişi gəlsə
də, bu, məni əsla narahat etmir. Qoy o qızları buraxsınlar və
qızlar valideynlərinin yanına qayıtsınlar", - Adokiye Kirian
deyib.
Müğənninin belə "qəhrəmanlığı" Nigeriyada böyük qalmaqal
yaradıb.
The New York Daily News bildirir ki, A.Kirianı terrorçuların girovu olan qızlarla bağlı durumdan sui-istifadədə, özünü reklam etməkdə suçlayırlar.
Bir çoxları isə, ümumiyyətlə, Adokiyenin bakirə olduğuna şübhə
edirlər.
Bütün Nigeriya ərazisində əriət qaydalarının tətbiqinə can atan
"Boko Haram" terror təşkilatı apreldə 267 şagird qızı oğurlayıb. 53
qız əsirlikdən qaçıb qurtula bilsə də, yerdə qalanların taleyi
bəlli deyil.
"Boko Haram"ın lideri Abubakar Şeku bəyan
etmişdi ki, qruplaşmanın Nigeriya həbsxanalarında saxlanan
üzvlərinin hamısı azad edilərsə, qızları buraxacaqlar.
Nigeriya prezidenti Qudlak Conatan isə bu
sövdələşməni rədd edib.
"Boko Haram"ın şagird qızları Borno ştatındakı cəngəllik bölgədə saxladığı güman olunur.