Bütün dünyanı sarsıdan toy – VİDEO
Bizi izləyin

Bilgi.az

Bütün dünyanı sarsıdan toy – VİDEO

Toyundan 10 saat sonra vəfat edən Filippin sakini xərçəng xəstəsi Rouden Qo və onun sevgilisi Lizlin toy çəkilişləri internet hitinə çevrilib.

Hal-hazırda bu videoçarxa YouTube-da dörd milyon dəfədən çox baxılıb.

Təntənəli mərasim iyun ayının 18-də Filippinin paytaxtı Manilanın xəstəxanalarının birində baş tutub. Səhərisi gün Rouden ölüb. Toyda iştirak edən qohumlar və dostlar göz yaşlarına hakim ola bilməyiblər. Toyda həmçinin cütlüyün iki yaşlı qızları da iştirak edib.

Öncədən toy mərasimi 8 iyula planlaşdırılırdı, amma may ayında Roudendə dördüncü dərəcəli xərçəng aşkar edilib. Toy gününün vaxtı Roudenin getdikcə sürətlə pisləşən sağlığına görə dəyişdirildi.

ABC-CBN-in verdiyi xəbərə görə, toy çəkilişinin videosunu internetə mərhumun qardaşı yerləşdirib.

Onun sözlərinə görə, o videoçarxa tək baxmaq istəyirdi, amma göz yaşlarını tuta bilməyən qardaş bu videonu bütün dünyaya göstərməyi qərara alıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm