Ayselin ümidi ilə “Ümid”ə gəldi və...
Bizi izləyin

Bilgi.az

Ayselin ümidi ilə “Ümid”ə gəldi və...

İki gün öncə Bakıda keçirilən TEDxBakı tədbirində gözlənilməz olay oldu.

Publika.az xəbər verir ki, Azərbaycan Avropa Hərəkatının prezidenti Ramin Hacılı yazar Aysel Əlizadəyə üzünü tutaraq hər kəsin marağına səbəb olan addım atdı.

“Mən onu efirdən sevmişdim. Bu, uzun illər əvvəl idi. O, mənim üçün əlçatmaz idi. Ən məşhur aparıcılardan biri Aysel Əlizadə və sadə bir məktəbli Ramin… Mən onu tapanda isə o artıq evli idi. Biz 2013-cü ilin 9 oktyabr –Prezident seçkiləri zamanı tanış olduq. Artıq o, evli deyildi və gözəl bir qızı da vardı. İllərdi bəyəndiyim və vurğun olduğum Aysel Əlizadəyə evlilik təklifi edirəm”.

R. Hacılının bu addımı, doğrudan da, əksəriyyət tərəfindən xoş qarşılandı. Lakin diqqətçəkən məqam evlilik təklifi etməmişə qədər onun atdığı addım idi. Belə ki, R. Hacılı bir neçə gün öncə Ümid Partiyasında sədr müavini postuna təyin edilmişdi. Hesab etmək olardı ki, R. Hacılı “Ümid”ə Aysel Əlizadənin arxasınca gəlibmiş. Çünki yazar xanım qeyri-rəsmi İqbal Ağazadənin müəllifi olduğu “125”lər klubunun üzvüdür.

Məlumat üçün deyək ki, “125”lər siyasi təşkilat olaraq 2015-ci ili parlament seçkilərinə hesablanmış gedişdir. Bura üzv olan A. Əlizadə bir müddət öncə Publika.az-a açıqlamasında bu addımını növbəti parlament seçkilərində namizədliyini vermək istəyi ilə əlaqələndirmişdi.
R. Hacılının Aysel Əlizadənin ümidi ilə “Ümid”ə gəlməsi də burdan aydınlaşır.

Bu arada R. Hacılının müavin təyin olunmasına A. Əlizadənin də münasibəti maraqlı idi.

“Öncə Ümid Partiyasına sədr müavini təyin edilməsi münasibəti ilə təbrik edirəm sayın Hacılını. İnsanların əl sıxıb birgə işə başlaması, əməkdaşlıq mədəniyyəti, gücləri birləşdirmək bacarığı, həm də hikkəsiz, qısqanclıq olmadan ortaq maraqlar uğuruna, vətən uğuruna bir araya gəlmək istəyi alqışlanasıdır. İqbal bəyi də uğurlu seçimə görə təbrik edirəm”.

İyunun 26-da yazar xanım “facebook” profilində Hacılını belə təbrik etmişdi.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm