Hüseyn Cavidin "İblis" əsəri Türkiyədə tamaşaya qoyulacaq
Bizi izləyin

Bilgi.az

Hüseyn Cavidin "İblis" əsəri Türkiyədə tamaşaya qoyulacaq

Azərbaycanlı dramaturq Hüseyn Cavidin Türkiyənin İstanbul Böyükşəhər Bələdiyyəsinin teatrında səhnələşdirilən "İblis" tamaşasının məşqləri yekunlaşmaq üzrədir.

Bunu tamaşanın quruluşçu rejissoru, aktrisa Məlahət Abbasova deyib.

O bildirib ki, bu il aprelin 17-də tamaşanın primerası keçiriləcək. M.Abbasovanın sözlərinə görə, tamaşada Türkiyənin tanınmış aktyorları - Rıdvan Çələbi, Arifi Gənc, Əmrə Narcı, Nurseli Tırışkan, Şənay Bağ yer alacaqlar. Tamaşanın musiqi tərtibatçısı isə xalq artisti Aygün Səmədzadədir.

Məlahət Abbasova tamaşada İstanbul Şəhər teatrlarında ilk dəfə texnologiyanın yeniliklərindən də istifadə olunacağını deyib: “Müxtəlif mepinklər və səhnə işıqlandırması ilə tamaşanın bir qədər fərqli formatda təqdimatı planlaşdırılır. Əsərin mətnini müasir türk dilinə uyğunlaşdıran dramaturq Hilmi Zəfər Şahin, baş məsləhətçisi isə “Kaspi” qəzetinin təsisçisi Sona Vəliyevadır".

Hüseyin Cavidin şah əsəri hesab olunan “İblis”in, onun ömrünün çox hissəsini keçirdiyi İstanbulda səhnəyə qoyulmasını yaradıcılığının ən böyük uğuru olduğunu deyən M.Abbasova teatrsevərlərin tamaşanı səbirsizliklə gözlədiklərini bildirib.

Qeyd edək ki, “İblis” tamaşasının yaradıcı heyəti İstanbuldan sonra Bakıda sənətəsevərlərin görüşünə gələcək./report

Oxumağa davam et
Reklam
Reklam

Gündəm