Lənkəranda təbiət möcüzəsi (FOTO)
Bizi izləyin

Bilgi.az

Lənkəranda təbiət möcüzəsi (FOTO)

Lənkəranda Mirzəbəyli Elşənin ailəsində maraqlı bir hadisə baş verib.


ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, bazardan aldığı almalardan birinin üzərində müxtəlif işarələr və açıq aydın Hüseyn kəlməsi yazılıb.


Təbiət demək olar ki, hər gün insanlara görünən və ya görünməyən qeyri-adi hadisələri göstərir. Bizim üçün daha maraq kəsb edən isə görünən faktlardır.


Elə Elşənin qarşılaşdığı bu fakt kimi. Elşən deyir ki, bir neçə gün öncə Lənkəran bazarından 2 kq. alma alıb. Almaların hamısı yeyilib və cəmi 1 alma qalıb.


Elşən həmin almanı yuyub təmizləyib və anasına aparıb. Bu zaman almanın üzərində olan naxışlar onun marağına səbəb olub. Diqqətlə almaya baxandan sonra alma üzərində hansısa yazılar yazıldığının şahidi olub. Hətta Hüseyn yazısını açıq aydın oxumaq olur.


Elşən bildirir ki, evlərində bir neçə dəfə belə hadisələrə rast gəlib. Buna səbəb isə evlərinin yaşının 200 ilə yaxın olması və bu illər ərzində də evlərində müqəddəs insanlar, seyidlər, möminlərin yaşamasıdır.





Oxumağa davam et
Reklam
Reklam

Gündəm