Səyahəti sevənlər üçün: üzən avtobus – FOTOLAR
Bizi izləyin

Bilgi.az

Səyahəti sevənlər üçün: üzən avtobus – FOTOLAR

Pulun varsa, yay istirahətini ürəyincə keçirə bilərsən. Bunun üçün təyyarəyə bilet alıb dünyanın o başına getmək də lazım deyil. “Terra Vind” şirkətinin istehsal etdiyi gəmi-avtobusu almaq kifayətdir.

Bu avtobusla hara desən, səyahət etmək olar. Avtobusun içində yataq otağı, hamam, mətbəx, televizor- bir sözlə, komfortlu yaşamaq üçün hər şey var. Üstəlik, bu avtobusun daha bir özəlliyi də ondan ibarətdir ki, o quruda olduğu kimi, suda da hərəkət edir. Yəni, lazım olduqda yaxtaya çevrilə bilir.

Avtobusun qiyməti 1 milyon 200 min dollardır.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm