Zorlanmaq istəmirsinizsə... bikini geyməyin
Bizi izləyin

Bilgi.az

Zorlanmaq istəmirsinizsə... bikini geyməyin

Hindistanın inşaat naziri Sudin Dhavalikak təcavüz hadisələrindən sığortalanmağın yolunu bikinini qadağan etməkdə görür.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Hindistanın Qoa əyalətində mütəmadi hal alan təcavüz hadisələrinə inşaat naziri maraqlı çarə tapıb. Belə ki, nazir Dhavalikak çimərliklərdə bikini, barlarda isə qısa ətək geyinməyin qadağan olunmasını təklif edib. Nazir bikini geyməyin təcavüzə yol açdığını düşünür: “Bikini geyməyin qadağan olunmasını istəyirəm. Belə geyimdə qadınlar ictimai yerlərdə görünməməlidirlər”.

Xatırladaq ki, nazir bundan əvvəl də qısa ətəklə bara getməyin milli mentalitetə uyğun hal olmadığını bildirib.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm