İmperator, məşuqə, rəssam yatağı... (FOTO, SİYAHI)
Bizi izləyin

Bilgi.az

İmperator, məşuqə, rəssam yatağı... (FOTO, SİYAHI)

Dahi rəssamlar daim məişət mövzularını incəsənətə daşıyaraq, onları sənət əsərlərinə çevirməyi bacarıblar.

ANS PRESS-in məlumatına görə, "24/7 Azerbaijan" portalının bu toplusunda incəsənət dünyasında ən yaxşı 10 çarpayı səhnəsi yer alıb.

Pyerro Della Françeska, "Konstantinin yuxusu" (1452-66)
Həlledici döyüşdən əvvəl imperator Kristian Konstantin peyğəmbərcəsinə yatıb. Onun yatağı rahat və zərif görünür. Konusvari formada düşən işıq əsgərlərin üzlərini tutsa da, imperatorun yanında oturub bizə baxanın üzünü aydınlatmağa kifayət edir.


Vittore Karpaçço, "Ursulanın yuxusu" (1497-98)
Bu, intibah dövrünün yataq otağının möhtəşəm parodiyasıdır. Ursulanın otağında güllər, kitablar və qırmızı çarpayı var. O, yuxusunda sevgi deyil, Allahı görməyi arzulayır.


Remrandt, "Fransız yatağı" (1646 )
Erotik gözəl və iddiasız sənət əsərində Remrandt təkcə nimfləri və satirləri deyil, o həm də bir holland cütlüyünün bir-birinə olan sevgisini və yataqda necə sevişməyini göstərir.


Ejen Delakrua, "Sardanapalın ölümü" (1827)
Ejen Delakrua Bayron Corc Qardonun "Sardanapal" dramından götürüb. Əsərdə o, Sardanapalın özünə qəsd etdiyi tax-tac yerinə dəbdəbəli loja təsvir edib.


Edvard Manet, "Olimpia" (1863)
Manetin məşuqəsinin uzandığı yataq ağ kətan üzərində olan mürəkkəb çələnglərin əhatəsindədir. Onun canlandırdığı Olimpia ənənəvi "nude" rəsmlərindən daha sərt və daha realdır. Belə ki, onun yatağı Titian və Velazkezin öz gözəlliklərini sərgilədiyi dəbdəli yataqların parodiyasıdır.


Obri Berdsli, "Yataqda avtoportret" (1900)
Üzərində fransızca "Allah tərəfindən" yazılmış əsərində Obri "bütün canavarlar Afrikada deyil" deyərək erotika, seksuallıq və huşsuzluqla, yataqda olmaqla incəsənəti müəyyənləşdirir.


Edvard Munk, "Xəstə uşaq" (1907)
Munkun bu dəhşətli və ürəksıxan əsərində uşaq ölümə çox yaxındır. O, öz xəstə yatağına bağlıdır. Bu rəsm biz yatağın həm də əbədi istirahət yeri olduğunu göstərir.


Robert Rauşenberq, "Çarpayı" ( 1955)
Robert Rauşenberq öz yatağını sərgiləyən ilk incəsənət adamı kimi tarixə düşüb. Bu olduqca şəxsi işdir: Si Tvombli və Casper Consla olan seksual münasibətinin yadigarıdır.




Vincent Van Qoq, "Yataq otağı" (1988)
Van Qoqun yataq otağının güclü rəngləri və yayma şəkilləri Arseldə yaratdığı incəsənət cəmiyyəti adlandırmaq olar. Bu zahid, yanlız bir xəyalpərəstin yatağıdır. Boş yataq Van Qoqun əziyyət çəkən ruhunun göstəricisidir.


Treysi Emin, "Mənim çarpayım" (1998)
Eminin əsəri "Christie's" hərracında 2,5 milyon funt-sterlinqə satılıb. Bir yataqdan daha çox intim nə ola bilər? Bəli, bu, həm də Van Qoq və Audrey Beardsleyin yataqlarını xatırladır, sevgi, ölüm və yuxudan danışır.


Oxumağa davam et
Reklam
Reklam

Gündəm