Dünyanın ən tənha adamı - FOTO
Bizi izləyin

Bilgi.az

Dünyanın ən tənha adamı - FOTO

Nik Henkok artıq 40 gündür ki, Şimali Atlantikadakı Rokell qayasında tək-tənha yaşayır.

"Help for Heroes" xeyriyyə təşkilatı üçün 10 min funt-sterlinq toplamaq üçün hamıdan uzaqda, okeandakı qayada yaşamağa qərar vermiş Henkok gününü mütailə, yatmaq və qayalığın yanında uçuşan quşlara baxmaqla keçirir.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Rokell Atlantika okeanındakı "ən tənha" adalardan biridir. Ada Britaniya ərazisi sayılsa da, Şotlandiya sahillərindən 360 km aralıdadır.

Sönmüş vulkanın kiçik qalığı olan bu qranit adada yaşamağı mümkünsüz sayırdılar. Amma Nik qayalığa bərkitdiyi konteyneri "ev"ə çevirərək ölümə və risklərə meydan oxuyur.

Edinburq şəhərinin sakini, peşəkar geodezist olan 39 yaşlı Nik adada 40 gün qalaraq rekord vurmaq və bu minvalla müharibə veteranları, əlillər və onların ailələrinə yardımlar edən "Help for Heroes" xeyriyyə təşkilatı üçün ianə toplanışını təşkil etmək məqsədindədir.

Nik bu axşam qayanı tərk edəcək.

"Rokelldə 60 gün qalmağı düşünürdüm. Lakin srağagün çox güclü tufanda əşyalarımın bir hissəsini dalğalar apardı. Üstəlik, qayaya zərblə çırpılan dalğalar yaşadığım konteynerə zərbə vurdu. Qaya suyun səthindən cəmi 15 metr yüksəklikdə idi, dalğaların hündürlüyü isə 5 metri keçmişdi. Ona görə də ekspedisiyamı yarımçıq qoyuram", - Nik deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm