Qardaşı Nadir Qafarzadəni baltalamaq istəyib
Bizi izləyin

Bilgi.az

Qardaşı Nadir Qafarzadəni baltalamaq istəyib

“Qardaşımın psixoloji problemləri var”. Axar.az xəbər verir ki, bu sözləri ifaçı Nadir Qafarzadə ATV Maqazin proqramına müsahibə verərkən söyləyib.

O, 41 yaşlı qardaşının onu öldürmək istədiyini də bildirib: “Həkimə aparanda artıq hər şey gec idi. Qardaşım şizofreniya xəstəliyinə tutulub. O məni öldürmək istəyir. Yanında balta belə gəzdirirmiş ki, görən kimi məni öldürsün. Mən də deyirdim ki, əgər sənə pislik eləyirəmsə, öldür məni. Məni görəndə qorxurdu. Əlindən balta da düşürdü. Məni qucaqlayıb uşaq kimi ağlayırdı. Hönkür-hönkür ağlayırdı ki, məni bu bəladan qurtar”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm