Bilgi.az
Eksperimentdə 5 insan: KQB zindanı, öz ətlərini yeyən insanlar - DƏHŞƏTLİ FAKTLAR
1940-cı ilin sonlarında rus tədqiqatçıları 5 insanı 15 gün oyadıcı qazla oyaq saxlayırlar.
Təcrübə üçün seçilmiş həmin beş nəfər İkinci Dünya müharibəsində ələ keçirilmiş əsirlər idi. Onlar Oksigen səviyyəsinin nəzarət edildiyi otaqlarda qalırdılar. Kamera sistemləri bağlanılmışdı, yəni onları izləyə bilmək üçün yalnız mikrofonlar və 5 düyümlük kamera pəncərəsinə bənzəyən müşahidə şüşələri vardı.
Otaq kitablarla, döşəksiz çarpayılarla, su ilə, bir ay yetəcək yeməklə də dolu idi.
İlk beş gün hər şey yaxşı gedirdi; dustaqlar otuz gün ərzində
yatmadan testə tab gətirə bilsələr, sərbəst buraxılacaqdılar.
Gündən-günə onların hər hərəkətlərini və fəaliyyətlərini
izlədikləri zaman keçmişlərində baş vermiş travmatik hadisələri
danışdıqlarının şahidi olurlar. Dörd gün boyunca bu vəziyyət
get-gedə anlaşılmaz bir hal alır.
Beş gündən sonra dustaqlar şikayət etməyə və onları idarə edənlərin
harada olduğunu araşdırmağa başladılar. Bir-birləriylə danışmağı
kəsdilər, şüşələrə pıçıldamağa başladılar.
Doqquz gündən sonra ilk olaraq bir dustaq qışqırmağa başladı. Üç
saat otağın içində qaçaraq qışqırdı. O,
heç bir şey söyləmədən qışqırırdı. Tədqiqatçılar, dustağın səs
tellərinin parçalandığını güman etdilər. Daha maraqlı olan şeysə
digər dustaqların buna necə reaksiya verdiyi, ya da reaksiya
vermədikləri idi. İkinci dustaq da qışqırmağa, digərləri isə
mikrofonlara pıçıldamağa başladılar. Onlar kitabları cırdılar,
səhifələri bir-bir üzlərinə sürtüb sakitcə müşahidə şüşələrinə
yapışdırınca, qışqırıqlar dərhal kəsildi.
Üç gün keçdi. İçəridəki beş dustağın səsi kəsiləndə tədqiqatçılar
mikrofonların işləyib-işləmədiyini yoxladılar. Mikrofonlarda
problem yox idi. Otaqdakı oksigen səviyyəsi hamısına çatacaq
səviyyədə idi. On dörd gündə araşdırıcılar dustaqlardan heç bir
məlumat ala bilməyincə otağa girməyə qərar verdilər. Onların ölə
biləcəklərindən qorxurdular.
Xəbərdarlıq etdilər: "Mikrofonları yoxlamaq üçün içəri giririk,
qapıdan çəkilin və yerə yatın. Əks halda, güllələnəcəksiniz. İtaət
edələrdən biri dərhal azadlığa qovuşacaq".
İçəridən sakit bir səslə cavab gəldi: "Artıq azad olmaq
istəmirik".
Hərbçilər və tədqiqatçılar arasında buna görə mübahisə baş
verdi. Daha çox reaksiya verib qışqırtmamaq üçün on beşinci günün
gecə yarısı otağın qapısının açılmasına qərar verildi. Otaq birdən
təmiz havayla doldu və oyaq saxlayıcı qaz çölə boşaldıldı.
Mikrofonlar bir anda işə başladı. Üç fərqli səs yalvarırdı; çöldə
onları gözləyən ailələri, sevdikləri olduğunu bildirirdilər.
Əsgərlər dustaqları çıxarmaq üçün otağa göndərildilər. İndiyə
qədərki ən yüksək qışqırıq səsi içəriyə girən əsgərlərdən gəldi.
Beş dustaqdan dördü hələ yaşayırdı, təbii, buna yaşamaq
deyilərdisə.
Yemək ərzaqlarına çox toxunulmamışdı. Dustaqlardan biri ölmüşdü.
Ombasına və sinəsinə topa-topa ət doldurulmuşdu. Otağın döşəməsinə
sərilmişdi, otaq bir qədər suyla dolmuşdu. Su hesab etdikləri
mayenin qan olduğu o an hiss edilmədi. "Xilas edilən" dörd dustağın
saqqalları uzanmış, dəriləri sanki paramparça olmuşdu.
Dırnaqlarındakı parçalar bu yaraları onların özlərinin etdiklərini
göstərirdi. Yaralar və bədəndə oyuqların açılması həm də göstərirdi
ki, onlar bir-birlərinə də hücum edirmişlər...
Dörd dustağın da qarın nahiyəsindəki orqanlar və qabırğaları az
qala yox kimi idi. Ürək, ağciyər diafraqma əvəzinə, dəri və
qabırğaya bitişik əzələlərin çoxu döş qəfəsinin xaricinə
yapışmışdı. Qan damarları və orqanlar möhkəm qalsa da, digərlərini
çıxarıb yerə atmışdılar. Lakin onlar hələ "yaşayırdılar". Dördünün
də həzm sistemləri işləyirdi. Günlər sonra yoxlama aparıldıqda,
əslində, yediklərinin öz ətləri olduğu ortaya çıxdı. Əsgərlərin
çoxu rus xüsusi xidmət orqanlarında çalışmışdılar, lakin heç biri
otağa girib dustaqları qaldırmağa cəsarət edə bilmədi. Əsgərlər
otaqdan çıxarılmaları üçün yalvarıb qışqırarkən opyadıcı qaz geri
sızdı, onlar da yuxuya getdilər...
Dustaqların otaqdan çıxarılmamaları üçün apardıqları mübarizə
hər kəsi çox çaşdırdı. Bir rus əsgər boğazından yaralandığı üçün
öldü, digəri isə dustaqlardan birinin dişləriylə gəmirdiyi üçün
yaralandı. Digər beş əsgər isə intihar etdi.
Yaşayan dörd dustaqdan birinin dalağı partladı və qanı çölə
axmağa başladı. Tibbi tədqiqatçılar onu sakitləşdirməyə çalışdılar,
amma bu qeyri-mümkün idi. Bir insanın ala biləcəyi morfidən daha
çox qəbul etməsinə baxmayaraq, hələ küncə sıxışdırılmış bir heyvan
kimi mübarizə aparırdı. Bir həkimin qolunu və qabırğasını qırdı.
Dustağın dövran sistemində qandan çox hava vardı. Ürəyi dayananda
belə qışqırmağa davam etdi, üç dəqiqə boyunca özünü döydü. “Hər
kəsə hücum, daha çox!" sözlərini təkrar edərkən getdikcə
gücsüzləşdi və səssizcə yerə yıxılıb öldü.
Sağ qalan üç dustaq tam təchizatlı bir tibb mərkəzinə aparıldı.
Sağlam səs telləri olan iki dustaq oyaq qala bilmək üçün daha çox
qaz tələb edirdilər. Onların orqanlarını təkrar yerləşdirmə
mərhələsində sakitləşdirici dərmanlara qarşı immunitet qazandıqları
aşkarlandı. Dustaqlardan biri iplə bağlanmasına baxmayaraq, hirslə
ətrafdakılara hücum edirdi. Sonda dörd düyümlük dəri ipləri qırmağı
bacardı. Onu qüvvətli bir əsgər möhkəmcə tuturdu. Dustağı
sakitləşdirmək üçün normal dozada anesteziya istifadə olundu və
gözləri bağlandı. Ürəyi dayanmışdı ... Yarılma nəticəsində qandakı
oksigenin miqdarının normadan üç qat çox olduğu məlum oldu.
Əzələləri skeletinə elə yapışmışdı ki, qoparılarkən doqquz sümüyü
qırıldı.
Həyatda qalan iki nəfər isə beş nəfərin arasında ilk qışqırmağa
başlayanlar idi. Səsyazmalar yox edilmişdi.Yalvaracaq vəziyyətdə
deyildilər, tək bacardıqları başlarını nizamsız bir şəkildə hərəkət
etdirmələri idi. Bunlar anesteziyanın təsirindən doğan nəticələr
idi. Sonrakı bir əməliyyat zamanı yenidən anesteziya verildi.
Orqanlarını bərpa edərkən altı saat boyunca heç bir reaksiya
vermədilər. Bir tibb bacısı bir neçə dəfə xəstənin əməliyyat
əsnasında gülümsədiyinin şahidi oldu. Əməliyyat bitdikdən sonra
xəstə zümzümə etməyə başladı. Həkimlərdən biri xəstənin əhəmiyyətli
bir şey söylədiyini güman edərək qələm və qeyd dəftərini alıb onun
yanına getdi. Xəstənin dodaqlarından səslənən sözlər otaqdakıları
dəhşətə gətirdi: "Kəsməyə davam et".
Digər iki dustaq da eyni cür əməliyyat edildi. İkisinə də
anesteziya əvəzinə onları iflic edən bir dərman verildi. Əməliyyatı
reallaşdırmaq qeyri-mümkün idi, çünki iki xəstə də gülüb dururdu.
Təkrar danışdıqları zaman canlandırıcı qaz istədiklərini
söylədilər. Tədqiqatçılar onlara niyə öz bağırsaqlarını
parçaladıqlarını və təkrar qaz verilməsini istədiklərini
soruşdular. Tək cavab bu idi: "Oyaq qalmaq gərək idi".
Qalan üç dustağı daha möhkəm bağladılar və onlarla nə ediləcəyinə
qərar verənə qədər gözləmə otağına göndərdilər. Komandir təkrar qaz
veriləndə nə olacağı ilə maraqlanırdı. Tədqiqatçılar buna etiraz
etdilər, amma heç kəs dillənmədi.
Otağın içində təkrar möhürlənməyə hazırlanan dustaqlar EEG
monitoruna bağlıydılar. Sürpriz olan isə təkrar qaz alacaqlarını
eşitdiklərində çırpınmalarının dayanması idi. Onlar özlərini oyaq
qalmağa məcbur edirmiş kimi idilər. Biri zümzümə edərək danışmağa
çalışırdı. Digər dustaqlar başını yastığa qoymur və davamlı olaraq
kipriklərini qırpırdılar. EEG monitorunda görünən beyin dalğaları
çaşdırıcı idi. Hesabatlarına baxarkən bir tibb bacısı xəstələrdən
birinin başını yastığa qoyduğu anda gözlərinin qapandığını hiss
etdi. Beyin dalğaları onun yuxuya getdiyini göstərirdi. Sonra
yenidən əvvəlki vəziyyətinə qayıtdı. Bu an isə ürəyi
dayanmışdı...
Qalan iki dustaq isə təkrar möhürlənmək üçün qışqırmağa başladı.
Beyin dalğaları eynilə yuxudan ölən dustağınkı kimi oldu. Komandir
onların yenidən möhürlənməsini əmr etdi. Tədqiqatçılardan biri
silahını çəkib komandiri vurdu. Sonra silahı səssiz dayanan dustağa
tuşladı və onun beynini dağıtdı. Silahı sonuncu dustağa yönəltdi:
"Bu şeylərlə eyni yerdə bağlanıb qalmayacağam!" Adama bağırdı:
"Nəsən sən?! Bilmək məcburiyyətindəyəm!"
Dustaq gülümsədi: "Bu qədər asanmı unutdun?" "Biz sizik. Biz
sizin içinizdə yatan dəliliyik, hər an sərbəst olmağı gözləyən dəli
heyvanlarıq. Biz yatağınızın altında saxlananlarıq... "
Tədqiqatçı dayandı. Sonra silahı dustağın ürəyinə istiqamətləndirib
atəş açdı. Dustaq ölərkən, "Hardasa... azad ..." dedi.
Persona.az
-
Sosial08:43
Azərbaycanın tanınmış professoru vəfat etdi - FOTO
-
Magazin208:36
Kristofer Nolan cəngavər olacaq, xanımı isə... - FOTO
-
Ekologiya07:17
Bu günə olan hava PROQNOZU - 20 dərəcə isti
-
Magazin206:16
Leonardo Di Kaprio ilə sevgilisi arasında NƏ BAŞ VERİR?
-
Səhiyyə05:15
Ömrü uzadan pəhriz sınaqdan UĞURLA ÇIXDI
-
Avropa03:43
Meqan Markl Keyt Middltonun xəstəliyindən necə istifadə etdi? - ŞOK DETALLAR
-
Avropa02:00
Azərbaycanlı jurnalist Kiyevdə vəfat etdi - FOTO
-
Magazin101:41
Azərbaycanda tanınmış müğənni üçün 2-ci dəfə TOY ÇALINACAQ - VİDEO