Bilgi.az
Milis işçisini zorlayan manyak həbs edildi
Rusiyada axtarışda olan təhlükəli seksual manyak Ukraynada tutulub.
Publika.az bir müddət əvvəl seksual manyak Yevgeni Litovçenko haqda məlumat vermişdi.
Litovçenko 2000-ci illərin ortalarında azyaşlıları zorlama maddəsilə həbs olunub. 2009-cu ildə nümunəvi davranışına görə həbsxanadan vaxtından əvvəl azad olunub.
Bununla belə, manyak köhnə vərdişindən əl çəkməyib. 2014-cü ildə azyaşlı məktəbli qızı zorlamaqda şübhəli bilinərək yenidən həbs edilib. İstintaq zamanı manyak həmçinin 6 yaşlı oğlan uşağını zorladığını, meyiti meşədə basdırdığını etiraf edib və polis işçilərinə hadisə yerini göstərəcəyini deyib.
Amma istintaq eksperimenti zamanı Litovçenko polis işçilərinin əlindən qaça bilib. Polislərdən birinin arxada qaldığını görən manyak qabaqda gedən asayiş keşikçisini vurub və qaçaraq hadisə yerindən uzaqlaşıb.
Polislər onun arxasınca atəş açsalar da, güllə hədəfə dəyməyib. Təhlükəli manyakın tutulması üçün əməliyyat tədbirləri keçirilsə də, nəticə hasil olmayıb.
Hadisədən sonra dörd polis nəfəri işdən çıxarılıb. Manyak axtarışa verilib və onun tutulması üçün 1 milyon rubl mükafat təyin edilib.
Təhlükəli manyak Ukrayna ərazisinə keçərək cinayətlərini orada davam etdirib. O, milis məktəbinin kursantı olan 18 yaşlı gənc qızı zorlayaraq öldürüb. İyulun 4-də yerli milis Litovçenkonu həbs edib. Qətlə yetirilmiş qızın mobil telefonu cinayətkarın üstündə aşkar edilib.
İlqar
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK