“Son intiharların kökündə artisizm durur”
Bizi izləyin

Bilgi.az

“Son intiharların kökündə artisizm durur”

“Son intiharların kökündə artisizm durur”

Azərbaycanı səbəbi bilinməyən intihar dalğası bürüyüb. Bu zəiflikdir, yoxsa nümayiş?

Bəs özünü homoseksualların lideri hesab edən biri niyə intihar edir?

Azərbaycanda insanlar hansı problemdən əziyyət çəkir?

Biz hansı məqamda psixoloqa gedirik?

Azərbaycanlı kişiləri psixoloq və androloqdan uzaq salan səbəb nədir?

Son günlər cəmiyyətdə artan intiharların səbəbi məhz bu sualların cavabında gizlənib. Səbrli olub müsahibəniz oxusanız, həm bu suallara cavab tapacaq, həm də intihar dalğasının qurbanı olmaqdan özünüzü qorumağın yollarını öyrənəcəksiz.

Bu işdə bizə Azərbaycanlı psixoloq, hazırda İstanbul şəhəri Doğan xəstəxanasında çalışan Xatirə Səfərova istiqamət verəcək.

-Əvvəlcə, cəmiyyətin son vaxtlar ən çox aktual olan problemi intiharlardan danışaq. Son vaxtlar xüsusən gənclər arasında bu məsələ sanki dəb halını alıb. İnsan ömrünün gənc çağında niyə intihar etmək istəyir?

-Məşhur alman psixoloqu Otto Kerinberqin belə bir fikri var ki, sağlam insan yoxdur, tapılmayan xəstəlik var. Bu o demək deyil ki, hamı xəstədir. Orta əsrlərdə şizofreniya xəstəlikləri aktual idi. Amma sonrakı dövrlərdə nevroz xəstəlikləri, bir müddət sonra isə border layn xəstəliyi yayıldı. Bu narsistizm xəstəliyi idi və həmin insanlarda üstünlük kompleksi yüksək idi. Onlar durumlarını təyin edə bilmir. O.Kerinberq bununla da müəyyən etdi ki, XXI əsrdə insanların böyük bir qismi məhz bu xəstəlikdən əziyyət çəkirlər. İntiharların da əsas səbəbi ailədə həmin insanlara olan münasibətdən asılıdır. Diqqət azlığı (hipo apyoka) və yaxud əksinə həddindən(hiper apyoka) artıq diqqət göstərilməsi insanlara mənfi təsir edir. Uşaq tərbiyəsində bu iki üsuldan hər hansı biri seçilsə, uşaqlarda özlərini təsdiqində, identifikasiyanın pozulmasında mənfi nəticəsi olacaq. Həmin insanlar çox zaman yadda qalmaq istədiklərinə görə intihar edirlər.

-Sonuncu səs-küyə səbəb olan homoseksual bir gəncin intiharı oldu. Onun da yadda qalmaq məqsədilə bu yola əl atdığını deyə bilərikmi?

-Bu intiharın kökündə artisizm durur. Bu insanlar alqış, göz önündə olmaq, yadda qalmaq, xatirəyə çevrilmək istəyir. İnsanlar müxtəlif olduqlarına görə də bu hisslərini müxtəlif yollarla cəmiyyətə çatdırırlar. Bir qisim də məhz intihar yolunu seçir. Bu da onlara verilən tərbiyədən asılıdır. Erik Berinin nəzəriyyəsinə görə, uşaqların 7 yaşına qədər gördüyü hadisələr onların həyatında əvəzolunmaz iz buraxır. Bu elə bir izdir ki, bununla onlar həyat ssenarilərini yazırlar. Əlbəttə, ailə tərbiyəsi çox yüksək olsa da, bəzən sosial mühitin təsirindən də insanların xarakteri formalaşır.

-Cəmiyyətdə müxtəlif problemlərin olduğunu görürük. Bəs bunların həlli üçün psixoloqa müraciət etməyə maraq nə qədərdir?

-Psixoloqa əsasən gənclər müraciət edir. Amma hələ ki, Azərbaycanda psixoloq məhfumu tam anlaşılmır. Psixoloqa müxtəlif yanaşmalar var. Bəzilərinin psixoloq ya müqəddəsdir, onun günahı yoxdur, mələkdir onu problemlərdən xilas edəcək. Ya da psixoloqun sehrli çubuğu var, onu vurub arzularını həyata keçirəcək. Yaxud da psixoloqa məsləhət verən obyekt kimi baxırlar. Buna görə də onlarda belə bir fikir formalaşır ki, psixoloqa ancaq əqli yerində olmayanlar müraciət edir. Onlar anlamalıdırlar ki, psixoloq xüsusi və nəzəri işlə birləşdirib konsultasiya keçir. Almaniyada hər ailənin öz psioxoloqu var, hətta adi unutqanlığa görə belə ona müraciət edirlər.

-Bəs bizdə ən çox hansı problemlə bağlı müraciət edilir? Pasientlərinizin əsas problemi ailə, sevgi yaxud işlə bağlı olur?

-Azərbaycanda daha çox opsilsiv-kolpulsiv pozuntu, yəni “birdən xəstələnərəm”, “birdən təzyiqim qalxar”, “evdən çıxaram yıxılıb ölərəm”, “birdən çayımın içinə nəsə atarlar”, “mənə çay verilən stəkan təmiz idi?” kimi düşüncələri olanlar daha çox müraciət edir. Bakıda fikir pozuntuları, nevrozun sayrışan halı ilə bağlı gün ərzində ən azı 7 xəstə qəbul edirəm. Bu xəstəliyin kökü ailə ilə bağlıdır. Bu da müəyyən yaş həddinə qədər valideynlərin uşaqlarına qarşı “etmə”, “sakit otur”, “sakit bir kənarda otur” kimi sözlərdən istifadə edilməsi ilə əlaqədardır.

-Bəs ən çox hansı cinsin nümayəndələri psixoloqa gedir?

-Azərbaycanda daha çox qadınlar müraciət edir, amma kişilər də heç də geri qalmır. Amma xarici ölkələrə nizbətən bizim kişilər daha az müraciət edir, bunun da səbəbi var.

Məsələn, uroloji, androloji problemləri olanlar həkimə müraciət etməkdən çəkinir. Bu da ailədən gələn tərbiyə ilə əlaqədardır. Bizim ailələrdə oğlan uşaqlarını kiçik yaşlarında “kişi ağlamaz” kimi sözlərlə böyüdürlər. Həmin uşaqlar böyüyəndə problemlərini həkimə deməkdən çəkinirlər. Məhz bu səbəbdən androloji problemə görə boşanan, amma həkimə və psixoloqa müraciət etməyən insanlar var. Bu vəziyyətdən çıxış yolu problemi dilə gətirməkdir.

Amma bunun üçün doğru həkimi tapmaq lazımdır. Məsələn, Doğan xəstəxanasında xəstələrə düzgün istiqamət verən estetik-cərrahlar və androloqlar var. Onlar əməliyat və müalicədən əvvəl xəstəni psixoloq yanına göndərirlər.

-Psixoloqlar özləri necə maraq yarada bilirlərmi?

-Hazırda çalışdığım Doğan klinikasında İsmət Birgül xanım “Mənim ailəm” adlı kompaniya aparır. Bu kompaniya çərçivəsində uşaqların çəkdikləri maraqlı şəkillər klinikanın divarlarına vurulub, bundan başqa, həmin uşaqlara hədiyyələr verilir. Bu da həmin uşaqların yaradıcı qabiliyyətlərini inkişaf etdirir, həm də psixoloqa marağı artırır. Bizim psixoloqlar da, həkimlər də pasientlərə marağı artırmalı, öz işlərinə diqqət artırmalıdır.

Xəstəsini uzun müddət pulsuz müalicə edən məşhur psixoloq Ziqmund Freyd heç bir effekt almadığını görüb belə bir qənaətə gəlir ki, xəstə yalnız çox pul ödəyərsə, müalicə tezləşər. Ödənişsiz psixoloq niyə təsir etmir?

-Bizim psixoloqlar necə çalışır, məsələn qiymət necə müəyyən edilir?

-Super viziyadan keçməyən birinin psixoloq kimi işləmə haqqı yoxdur. Amma təəssüf ki, bizdə tibb bacıları, tarix müəllimləri də psixoloq kimi çalışır.

Psixoloq əvvəlcə, ixtisas və təcrübəsi barədə məlumat verməlidir. Pasient əvvəlcə psixoloqa inanmalıdır. Qeyri-ixtisaslı psixoloqlar düzgün istiqamət vermir, onlar fırıldaqçılıqla məşğuldurlar. Insanlar bu cür “psixoloq”a dərdini danışaraq rahatlaşır. Onun çox yaxşı mütəxəssis olduğunu düşünür. Lakin bu kilsəyə gedib, rahibə danışmağa bənzəyir. İnsanlar anlamalıdırlar ki, psixoloq iş görməlidir. Maraqlı məqam isə ödəniş məsələsində ixtisasca psixoloq olanlar orta qiymət təxminən 30 manat civarında, qeyri-ixtisas sahibləri isə 50-60 manatdan aşağı qiymətə müalicə etmir. Hətta bundan daha yüksək qiymət deyənlər də var.

-Belə bir fikir var, pulsuz konsultasiyanın heç bir effekti olmur. Bu nə ilə əlaqədardır?

-Bu fikrin yaranmasının səbəbi var. Hər bir insan özünə yatırım edərkən, özünə qarşı məsuliyyət oyanır. İnsan ödəniş etməsə, bir saat başqa birinin vaxtını almağı, onunla söhbət etməyi barədə düşünməyəcək. Buna görə də o məsuliyyətli olmayacaq, problemin həlli barədəçalışmayacaq. Psixoloqun bu işi ödənişsiz etməsi isə onun özünə güvənmədiyini göstərir. Burada isə təhlükə nüansları var.

-Hazırda Azərbaycanla yanaşı Türkiyədə də psixoloq kimi fəaliyyət göstərirsiniz. İki ölkənin vətəndaşları arasında psixoloqa müraciət səbəblərində fərq nədir?

-Türkiyədə fəaliyyətə başlamağım, daha çox bir neçə xarici bil bilməyimlə əlaqədardır. Doğan klinikasında da daha çox xaricilərlə işləyəcəm. Amma bu müddət ərzində müşahidə etdiyim məqamlar da var. Türkiyədə insanlar daha çox uşaqlarına görə müraciət edirlər. Bundan başqa, bizdən fərqli olaraq bu ölkədə kişilər daha çox müraciət edir. Ürək xəstələri, iş və tıxac problemləri ilə əlaqədar yaranan gərginliklə əlaqədar psixoloq yanına gələnlər də var.

İnsanlara müraciət edərək demək istəyirəm ki, həyat sizə bir dəfə verilir. Heç kimə icazə verməyin ki, sizdən istifadə etsin. Həyatınızı heç kimə xərcləməməlisiniz.

Gülxar Şərif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm