Geyiminə milyonlar xərcləyən seksual gözəlçə - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Geyiminə milyonlar xərcləyən seksual gözəlçə - FOTOLAR

O, 1987-ci ildə dünyaya gəlib, aktrisalığa 11 yaşında başlayıb. 1998-ci ildə rejissorluğunu atasının etdiyi “Sandman” filmi ilk təcrübəsi olub. Söhbət model və aktrisa Bleyk Layvlidən (Blake Ellender Lively) gedir.

Bleyk “Səni sevirəm Nyu-York”, “Oğrular şəhəri”, “Vəhşilər” də daxil olmaqla bir çox məşhur Hollivud filmində rol alıb. Ancaq amerikalı aktrisa yalnız “Gossip Girl” serialı ilə dünya ulduzuna çevrilə bilib.

Serialda Selena rolunu canlandıran aktrisa tamaşaçıların qarşısına liseydə oxuyan gənc qız kimi çıxıb.

Nyu-Yorkun zəngin gənclərinin həyatından bəhs edən serialın ssenarisi qədər obrazların geyimləri, saç və makiyaj stilləri də diqqət çəkir. Əminliklə deyə bilərik ki, gözəlliyi və seksuallığı ilə daim diqqət mərkəzində olan Bleykin stil ikonası olmasında “Gossip girl” serialının əvəzsiz rolu olub.

Serialda zövq sahibi olan varlı bir qızı canlandıran Bleyk bir-birindən möhtəşəm paltarlar və saç modelləri ilə tamaşaçı qarşısına çıxıb.

Real həyatda, xüsusilə, “Qırmızı xalı” üçün seçdiyi mükəmməl geyimlər onu dəb ilahəsinə çevirib. Gözəl, baxımlı və dəbli görünmək istəyən xanımlar onu təqib edir, hər geyimini, hər aksessuarını, saç rəngini diqqətlə incələyir və öz stillərini yaratmaqda Bleykin təcrübəsindən istifadə edirlər.

Bir çox qadının xəyalını qurduğu həcimli, sarı və iri dalğalı saçları idealdır.

Bütün bu xüsusiyyətlər onu qısa zamanda şöhrətin zirvəsinə daşıyıb. “Gossip girl”dən öncə elə də tanınmayan və yüksək qonarar almayan aktrisa, indi milyonlar qazanır. Qazandığı milyonların böyük bir qismini isə geyimlərə xərcləyir. Əlbəttə, stil ikonası olmaq asan deyil. “Chanel” və “Christian Louboutin” kimi brendlerin düşkünü olan dəb ilahəsi üçün geyimə milyonlar xərcləmək normal haldır.

Bu gün “Onların stili” layihəsində iddialı və diqqət çəkən stili ilə həm serialda, həm gündəlik həyatda moda dünyasının təqib etdiyi adlardan birinə çevrilən Bleykin stilini sizin üçün araşdırdıq.

Bleyk hər nə qədər zövqlü olsa da, əsl dəb ilahəsinə çevrilməsinə və bu qədər bəyənilməsinə səbəb olan başqa xüsusiyyətləri də var. Hamı onun kimi geyinə bilər, amma onun kimi görünə bilməz. Çünki Bleykin uzun ayaqları, cazibədar bədən quruluşu və sarı həcimli saçları geyindiyi hər şeyin bu gözəl xanıma yaraşmasına vasitəçi olur.

“Qırmızı xalı”dan bir çox Hollivud ulduzu keçir, ancaq fotoqraflar bir tək Bleyki çəkməkdən bezmirlər, digər ulduzlar xalı üstündə 5 dəqiqə qalırsa, o fotoqrafların xahişi ilə daha uzun müddət pozalar verməyə məcbur olur. Paparassilərə gülümsəyir və gözəlliyin zərafətlə qovuşduğu zaman necə zərif təsir bağışladığını nümayiş etdirir.

O açıq-saçıq da geyinsə, eleqant görünməyi bacarır. Başqalarında şişirdilmiş və ucuz görünən dekolte onda əla qalır.

Dəvətlərdə diqqət mərkəzində olmağı sevən aktrisa seçdiyi paltarların uzun və ya qısa olmasından asılı olmayaraq, mütləq dekolte detalının olmasına xüsusi önəm verir.Onun bədəni qüsursuzdur, ona görə də xüsusilə üstünlük verdiyi dekolte yoxdur. Yəni, onu kürək, sinə və ya yaq dekoltesi olan geyimlərdə görmək olar.

Mini geyimlərdə “Chanel”, “Gucci”, “Elie Saab” və “Micheal Kors” brendlərinə üstünlük verir.

Ayaqlarının gözəlliyinə güvənən Bleyk mini yubka və donlardan vaz keçə bilmir. Rəngarəng mini paltarları ilə yadda qalan Bleyki tez-tez “Marchesa”, “Jenny Packham”, “Matthew Williamson” və “Prabal Gurung” geyimlərində görmək mümkündür.

Aktrisa ideal bədən quruluşunu vurğulayan dar və uzun paltarları da çox sevir.

Belə paltarlarda mütləq dekolte olur. Onun dekoltesiz paltarı demək olar ki, yoxdur. Uzun donları daha çox “Chanel”, “Emilio Pucci”, “Gucci”, “Lanvin”, “Valentino”, “Marchesa” və “Zuhair Murad” brendlərindən seçir.

Dəvətlərə ancaq “Christian Louboutin” brendinin ayaqqabılarında gəlir desək, yalan olmaz. Deyəsən, Bleyk bu firmanın şıqlığına və keyfiyyətinə həddindən çox inanır.

Seksual görünməkdən narahat olmayan model və aktrisa bəzən dəvətlərə qısa şort və tulumlarda da gəlir.

Eleqant stili ilə bütün dünya qadınlarına ilham verən gözəlçə gündəlik həyatda sadə amma tərzinə uyğun seçimlər edir.

Gündəlik həyatda cins şalvarlar, pencəklər, şallar, çəkmələr və baletkalar onun vaz keçilməzləri sırasındadır.

Bleyk xüsusilə də qış aylarında şalvar və lasinləri uzun və kəmərli paltolarla geyinir. Yaz aylarında isə paltoların yerinə pencəklərə üstünlük verir.

Altı düz ayaqqabılar, dabansız çəkmələr, baletkalar onun gündəlik geyim tərzinin ən vaz keçilməz parçalarıdır. Rahatlığa üstünlük verən ulduzu bəzən platform ayaqqabılarda da görmək olar.

Gündəlik həyatda daha çox tünd rəngli çantalara, poçtalyon tərzi dediyimiz çiyindən asılan çantalara üstünlük verir. Ən sevdiyi çanta brendləri “Chanel” və “Givenchy”dir.

Bleykin ən çox sevdiyi aksessuarlar şal və şərflərdir. Xüsusilə,qış aylarında onu şərfsiz görmək mümkün deyil. Şapka və papaqları da çox sevən aktrisanın gündəlik geyim tərzinin rahat, sadə və şıq olduğunu söyləyə bilərik.

Gözəl ulduzun saçı da ən az geyim tərzi qədər diqqət çəkir.

Müxtəlif saç modelləri ilə gözəlliyinə gözəllik qatan aktrisa saç tərzini geyimi ilə uyğunlaşdırmağı da bacarır.

Bleyk ən çox hörük saçları sevir. Onu “Qırmızı xalı”da, dəvətlərdə və gündəlik həyatda hörük saç modelləri ilə görmək olar.

Müxtəlif hörük saç modellərini ustalıqla üz cizgilərinə yaraşdıran Bleyk bu sahədə də qadınlara ilham verməyə davam edir.

2011-ci ildə ağ rəngli “Chanel” brendinin məhsulu olan geyimini bu möhtəşəm saç modeli ilə tamamlamışdı. At quyruğu formasında yığdığı saçlarını hörüb və bu ona çox yaraşıb.

Çox vaxt saçlarını təpədən yığır və daha sonra hörür. Qırmızı xalı gecələrinə ən çox bu saç modeli ilə gəlir. Həqiqətən də bu saç ona çox yaraşır. 2009-cu ildə iştirak etdiyi bir dəvətdə yenə bu saç modelinə müraciət edib.

Bleykin ən sevdiyi hörük saç modeli isə budur.

O hörükləri sadəcə at quyruğu yığdığı saçlarda yox, həm də toppuz saç modelində istifadə edir. Nəticə isə şəkildə də gördüyünüz kimi mükəmməl olur.

Bu ilki “Kann film festivalı”na hörük saçlarda gələn Bleykin stili moda sevərlər və stilistlər tərəfindən yüksək qiymətləndirilmişdi. Saçlarını yuxarıdan yığan aktrisanın dağınıq hörgüsü möhtəşəm görünürdü.

Saç dəbini müəyyənləşdirən dəb ilahəsi gündəlik həyatda saçlarını açıq saxlayır və ya dağınıq yığır.

Nadir hallarda saçlarını klassik və ya modern toppuz yığdıran ulduz hər saç modelində ayrı gözəl görünür.

Qızılı rəngli saçları çox bəyənilən Bleyk bir ara saçlarını narıncı rəngə boyamışdı. Düzdür, ulduza narıncı da çox yaraşmışdı, ancaq onun qızıl sarısı saçları demək olar ki, artıq brend halına gəlib. O da bunun fərqinə varıb ki, tezliklə öz gözəl sarı saç rənginə geri qayıdıb.

Gözəl ulduz makiyajda sadəliyə üstünlük verir. Gözlərində bol tuş, dodaqlarında bej tonlarda dodaq boyası ilə daim gözəl görünməyi bacarır.

Bəzən dodaqlarına daha çox diqqət çəkmək istəyir. Belə zamanlarda dodaqlarına çəhrayı və qırmızı dodaq boyaları çəkən Bleyk bu dəfə də gözlərinə sadə makiyaj edir.

Makiyajda balansı qorumaq həqiqətən önəmlidir və cazibədar ulduz bunu çox yaxşı bacarır.

Bleyk stilindən, onun xanımların ilham pərisi olduğundan bu qədər bəhs etdik. Bəs brendlər hər geyindiyini trendə çevirməyi bacaran bu ulduzu görməyə, onun işığını hiss etməyə bilərdilər? Əlbəttə ki, yox.

2012-ci ildə “Gucci” Bleyki yeni ətrinin reklam üzü seçdi. Aktrisa bu işin öhdəsindən layiqincə gəldi.

Daha sonra aktrisanın sevimli geyim brendi olan “Chanel” də onun sevgisini qarşılıqsız qoymadı. Bleyk “Chanel”in katoloq çəkimlərində yer aldı.

Hazırda bir çox geyim brendi ulduzun geyim sponsoru ola bilmək üçün yarışır.

Bir sözlə, o, modanı deyil, moda onu təqib edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm