1.Hər nə qədər özümüzü dünyadakı ən sadiq
varlıqlar kimi görsəkdə heyvanlar arasında da bir birinə sadiq
cütlər var.
2. Bir adamı bəyənib beyənmədiyimizə 4 dəqiqə ərzində qərar
veririk. Psixoloji araşdırmalar göstərir ki, nə dediyinizdən çox,
səsinizin tonu, duruşunuz və bədən diliniz çox daha
əhəmiyyətlidir.
3. Bir psixoloji araşdırma göstərir ki, bir-birlərinə aşiq olan
cütlər, bir-birinin gözlərinə ən az 3 dəqiqə baxdıqda, ürək
döyüntüləri sinxronizasiya olur.
4. Aşiq olmağın kokain istifadəsinə bənzər təsiri var. Araşdırmalar
göstərir ki, birini sevəndə beyinin 12 bölgəsində həddindən artıq
xoşbəxtlik hormonları ifraz olunur.
5. Sevdiyimiz biri ilə qucaqlaşmaq bədənimizə təbii ağrıkəsici
təsirini bağışlayır. Hətta araşdırmaçılar, ağrıdığımız zaman dərman
qəbul etmədən əvvəl sevdiyimiz birinə sarılmağı təklif edir.
6. Sevdiyimiz adamın yalnız fotoşəkilinə baxmaq belə, ağrılarımızı
azaldır.
7. Psixologiya və ictimai sahələrdəki araşdırmalar göstərir ki,
insanların romantik əlaqələrində seçdiyi insanlarda ümumiyyətlə
müəyyən bir oxşarlıq var. Yəni insanlar yalnız özünə bənzəyən
birini deyil eyni zamanda öz sosial bacarıqlarına uyğun partneri
seçirlər.
8. Xasiyyət cəhətdən bir-birinə çox bənzəyən cütlər uzun müddət
münasibətdə ola bilmirlər. İnsanlar bir-birinə zidd xasiyyətdə
olduqda daha uzun ömürlü münasibətlərin əsası qoyulur.
9. Araşdırmalar göstərir ki, ayrılıq və boşanma kimi sıx və
travmatize edici hadisələr ürəyə ciddi şəkildə təsir edir. Xüsusilə
qadınlar daha həssas olduğu üçün fəsadları da böyük olur.
10. Romantik münasibətlər çox vaxt ayrılıqla nəticələnir.
11. Araşdırmalar göstərir ki, bir adam aşiq olduğunda ilk mərhələdə
bədənindəki serotinin səviyyəsi aşağı, kortizolun səviyyəsi isə
yüksək olur. Bu səbəbdən cütlüklər dəyişkən ruh halında
olurlar.
12. Sevgi və cinsi əlaqə haqqında düşünmək, yaradıcılığa və yaddaşa
müsbət təsir edir.
13. Sadiqlik və Səmimiyyət sevgini möhkəmləndirir.
14.Uzun müddətli əlaqələrdə xarici görünüş xüsusi rol oynayır.
15. Sevdiyiniz insanlara qarşı hiss etdiyiniz minnətdarlıq, dərhal
xoşbəxtliyinizi artırır.
16. Aşiq olanda adrenalin hormonu yüksəlir ona görə də qarnınızda
qəribə bir ağrı olur.
17. Gözlərinizdəki sevinc sizi daha cazibədar göstərir.
18. Araşdırmalar göstərir ki həyatınızda sevginin olması həqiqətən
çox əhəmiyyətlidir. Odur ki, çalışın hər zaman sevdiklərinizin
yanında olun.
|