Kremlin politoloqu: “Ukrayna ilə müharibə başlayacaq”
Bizi izləyin

Bilgi.az

Kremlin politoloqu: “Ukrayna ilə müharibə başlayacaq”

“Putin Şərqi Ukraynada baş verənlərə diqqət ayırmalıdır. Orda mülki əhali həlak olur. Milyonlarla rus genosid qurbanı olur”.

Publika.az xəbər verir ki, bu sözləri Kremldəki yuxarı dairələrə yaxınlığı ilə seçilən politoloq Aleksandr Duqin Giornale.it inretnet qəzetinə müsahibəsində deyib: “Fikrimcə, Putin çoxdan bu işə qarışmalı idi. Rusdilli əhali Ukraynadan çıxmaq istəyir. Onlar ultramillətçi hökumətin siyasətini qəbul etmirlər. Kiyev antirus siyasəti yeridir, rus dili sıxışdırılır, orta məktəb dərsliklərində ruslar ukraynalıların düşməni kimi göstərilir.

Slavyanskdan sonra Moskva Kiyevlə necə davranacaq, bilmirəm. Artıq ukraynalılar bəyan ediblər ki, Krımı geri qaytaracaqlar. Moskva isə Krımı öz ərazisi hesab edir. Demək, müharibə başlayacaq”.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm