Bakıda evli qadınlar arasında gözəllik yarışması
Bizi izləyin

Bilgi.az

Bakıda evli qadınlar arasında gözəllik yarışması

Bakıda evli qadınlar arasında gözəllik yarışması keçiriləcək.

Tabloid.az xəbər verir ki, “Missis Azərbaycan 2014” müsabiqəsi ilk dəfə olaraq payızda reallaşacaq.

Yarışmanın təşkilatçıları artıq iştirak üçün ərizələrin qəbuluna başlayıb.

Şərtlərə gəlincə, müsabiqəyə 18 yaşından 64 yaşınadək olan qadınlar qatıla bilərlər. İştirak etmək istəyənlərin ərdə olması vacibdir. Lakin həbsxanada olan qadın iştirakçı ola bilməz. Qadının övladının olub-olmamağı isə vacib deyil.

Yarışmanın təşkilatçıları “GN Organization” və “Adamant Production Centre”dir.

Qeyd edək ki, bu tip yarışmalar dünyanın bir çox ölkələrində keçirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm