Timsahlarla dostluq edən – FOTOLAR
Bizi izləyin

Bilgi.az

Timsahlarla dostluq edən – FOTOLAR

Adi adamlar üçün timsahı əllə yemləmək o biri dünyaya birbaşa bilet almaq kimi bir şeydir.

Ancaq 32 yaşlı Xose Eduardo Çaves üçün bu, gündəlik həyat tərzidir. O, hər gün timsahların ülgüc kimi iti dişlərinin bir neçə santimetrliyində olur.

İş ondadır ki, Xose Kosta-Rikanın turistlər üçün Tarkoles çayı ətrafına “timsah” turları təşkil edir. Onun 5 metr uzunluğu olan timsahları əllə yemləməsi böyük maraq doğurur.

Xose deyir ki, timsahları da it, pişik və digər ev heyvanları kimi əhliləşdirmək olar. Əgər onların davranışlarını bilirsənsə, heç bir təhlükə törətmirlər.

Ancaq bu sözlərə, deyəsən, Xosenin özündən başqa inanan yoxdur. Yoxsa onun timsah yemləməsi bu qədər marağa səbəb olmazdı.

Publika.az Xosenin timsah yemləmə mərasimini əks etdirən fotoları təqdim edir.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm