Bilgi.az
Yaşamağı asanlaşdıran həyat prinsipləri
1. Məmnunluq prinsipi: Qarşılıqlı münasibətlər gözəl olduqda, insanlara həzz almaq üçün sadəcə birlikdə olmaq kifayət edər.
2. Dostluq prinsipi: Bütün şərtlər bərabər olduqda, insanlar onlara daha çox xoş gələn insanlarla işləməyə can atacaqlar.
3. Ali yol prinsipi: Biz o zaman daha yüksək səviyyəyə keçirik ki, başqaları ilə onların bizimlə rəftar etdiyindən daha yaxşı davranırıq.
4. Bumeranq prinsipi: Başqalarına kömək etməklə biz özümüzə kömək edirik.
5. Çəkic prinsipi: Heç zaman həmsöhbətinizin alnındakı milçəyi öldürmək üçün çəkicdən istifadə etməyin.
6. Mübadilə prinsipi: Digər insanları öz yerinə oturtmaq əvəzinə, biz özümüzü həmin insanların yerinə qoymalıyıq.
7. Təlim prinsipi: Həyat boyu rastımıza çıxan hər bir insan potensial etibarı ilə bizə nəyisə öyrətməyə qadirdir.
8. Xarizma prinsipi: İnsanlar o insana qarşı maraq nümayiş etdirir ki, həmin insanın onlar ilə maraqlandığını hiss edirlər.
9. İnam prinsipi: İnsanların yaxşı keyfiyyətlərinə inam adətən, həmin insanları məhz öz yaxşı keyfiyyətlərini nümayiş etdirməyə sövq edir.
10. Qarşıdurma prinsipi: Əvvəlcə insanların qeydinə qalmaq, onların qayğısını çəkmək, yalnız bundan sonra qarşıdurmaya keçmək lazımdır.
11. Daş qaya prinsipi: Etibar istənilən qarşılıqlı münasibətlərin təməl daşıdır.
12. Lift prinsipi: Qarşılıqlı münasibətlər prosesində biz insanları göylərə ucalda, həmçinin yerlərə endirə bilərik.
13. Situasiya prinsipi: Heç zaman yol verməyin ki, situasiya sizin üçün qarşılıqlı münasibətlərdən daha çox önəm kəsb etsin.
14. Əlçatanlıq prinsipi: Özümüzə qarşı yanaşmada rahatlıq və asanlıq, başqalarının da bizimlə rahata və asan münasibət qurmasına səbəb olar.
15. Səngər prinsipi: Mübarizəyə hazırlaşarkən, özünə elə bir səngər qaz ki, orada dostun da yerləşə bilsin.
16. Əkinçilik prinsipi: Bütün qarşılıqlı münasibətləri becərmək, onlara qulluq etmək lazımdır.
17. 101% prinsipi: Bizim qane olacağımız 1 faizi tapmaq və 100 faiz səylərimizi ona yönəltmək gərəkdir.
18. Əməkdaşlıq prinsipi: Birgə əmək birgə qələbə şanslarını artırır.
19. Ortaqlıq prinsipi: Qarşılıqlı münasibətlərin əsl sınağı heç də sizin dostunuz uğursuzluğa düçar olarkən ona nə qədər sadiq olmağınızla bəlli olmur, əsas onun uğur qazanması zamanı bizim nə qədər güclü sevinməyimiz, onun sevincinə şərik olmağımızdır.
-
Maraq dünyası13:35
Dünyanın ən gənc və ürəyi boş milyarderi: Bu müəmmalı şəxs niyə hamıdan gizlənir?
-
Hadisə13:01
Cavanşir Məmmədov vəfat etdi
-
Hadisə12:30
Maşınlarını tıxacda saxlayıb dalaşdılar - VİDEO
-
Sosial11:55
Əli Əsədov qərar imzaladı
-
Sosial11:25
Ömrü yarıda, pulu havada qalanlar: Pensiya kapitalı varislərə qaytarıla bilər?
-
Hadisə11:10
Azərbaycanın əməkdar artisti vəfat etdi - FOTO
-
Müsahibə10:15
Diplomu 175 ölkədə tanınan azərbaycanlı: İki illik proses 40 gündə bitdi
-
Region09:20
Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar