Lənətlənmiş avtomobil – şok faktlar
Bizi izləyin

Bilgi.az

Lənətlənmiş avtomobil – şok faktlar

Təsadüflərə inanırsınız? Bəzən elə hadisələr olur ki, bilmirsən ona təsadüf deyəsən, ya yox. Mistika adlandırın, nə deyirsiz deyin, ancaq bu, real faktdır. İnanılmaz olsa da.

Bu hadisə 1955-ci ildə baş verib. Həmin il sentyabrında bir neçə dəfə ralli qalibi olmuş Ceyms Din özünün “Porshe” idman avtomobilində qəzaya uğrayaraq həlak oldu. Sürücünü dəfn etdilər, yarasız hala düşmüş avtomobili isə zibilliyə atmaq əvəzinə təmir etməyə qərar verdilər. Hər şey bundan sonra başladı...

Əzilmiş avtomobili təmir olunmaq üçün yük maşının yedəyinə qoşdular. Qaraja çatarkən qəfildən maşının mühərriki qoparaq ustanın ayaqları üstünə düşür. Onun hər iki ayağı bir neçə yerdən sınır.

Bir qədər sonra avtomobilin mühərrikinə müştəri tapılır. Alıcı varlı-hallı həkim idi və o, mühərriki idman avtomobilinə yerləşdirir. Az keçmiş həkim elə Ceyms Din kimi qəzaya uğrayaraq həlak olur.

Maraqlıdır ki, bu lənətlənmiş avtomobilin təmir olunduğu və ustanın ayağının sındığı qaraj günlərin bir günü yanaraq külə dönür.

“Porshe”ni yedəyində qaraja gətirən yük avtomobilinin də taleyi nəhs gətirir. Orlando şəhərində sürücü idarəetməni qəfil itirərək bir supermarketin vitrinindən içəri keçir. Qəzadan xeyli adam zərər çəkir.

Nəhayət, lənətlənmiş avtomobili Sokramento ştatında muzeylərdən birinin vitrininə qoyurlar. 1969-cu ildə avtomobil öz-özünə 11 yerə parçalanır, vitrindən aşaraq eksponata tamaşa edən bir yeniyetməni yaralayır.

Bundan sonra avtomobili zibilliyə atırlar.

İlqar Atabəyli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm