Bilgi.az
Şahzadənin qolbaqları narahatlıq yaradır
Kembric hersoginyası və Böyük Britaniya şahzadəsi olan Keyt Middltonun qolbaqlarından məktəbdə istifadə etmək qadağan olunub. Böyük Britaniyada bir çoxları şahzadənin geyim üslubuna baxaraq onu təqlid etməyə çalışır. Şahzadənin istifadə etdiyi əşyalar bir saat ərzində piştaxta və internet mağazalardan alınaraq tükənir.
Publika.az xarici xəbər saytlarına istinadən bildirir ki, həkimlər və müəllimlər Keyt Middltonun istifadə etdiyi al-əlvan qolbağın uşaqların sağlamlığı üçün zərərli olduğunu deyib. Belə ki, Middlton özü də bilmədən təhlükəli dəb trendi yaradıb. Bir neçə ay bundan qabaq Keyt “Loom Bands” qolbağından istifadə edib, onun ardınca isə məktəb şagirdlərinin də qolbaqdan istifadə etməsi ağır fəsadlara gətirib çıxarıb.
Yeddi yaşlı Kayli Lourensin anası bu qolbaqdan yaralanan oğlunu xəstəxanaya gətirdikdən sonra həkim və müəllimlər həyəcan təbili çalmağa başlayıb. İş ondadır ki, uşaqlar bu qolbaqdan sapand qismində istifadə edirlər. “Loom Bands” qolbaqları artıq bir neçə Britaniya məktəblərində qadağan edilsə də, bu tipli qolbaqlar getdikcə artmaq üzrədir.
Başqa bir şagirdin anası isə övladının qızarmış qollarından narahat olub. Həkimlər bildirir ki, daima qolbağı üzərində daşımaq qan-damar sisteminə mənfi təsir edir.
Qeyd edək ki, bu yay “Loom Bands” qolbaqları Britaniyada dəbdədir. Bu bəzək əşyasının satışı 300 faiz artıb.
Nura
-
Nida Xəbər 10:16
General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - SİYAHI
-
Qarabağ 10:06
Araikin efirə getməyən müsahibəsi haqda sensasiyalı iddia: Nikol dərhal nə edib?
-
MDB09:45
Rusiya bu ərazidə nüvə silahı yerləşdirib - Şok iddia
-
Nəqliyyat08:25
Bakının bu yollarında tıxac var - SİYAHI
-
Magazin108:10
Şəbnəmin prodüseri vəfat etdi
-
Qoroskop07:39
Bu 3 bürcün may ayında bəxti gətirəcək
-
Magazin107:25
Məşhur aktyor Serenayla tərəf müqabili olacaq
-
Ekopublika.az02:19
Hansı sahələr daha çox varlandırır? - “Forbes” açıqladı