Məşhur hollivud aktyoru ölü tapıldı
Bizi izləyin

Bilgi.az

Məşhur hollivud aktyoru ölü tapıldı

Britaniyalı aktyor Deyv Leceno Kaliforniyanın Ölüm dərəsində ölü tapılıb. Bu xəbəri İnyo əyalətinin polis bölməsi verib.

Deyv “Harri Potter və Mələk Şahzadə” (Harry Potter and the Half-Blood Prince) və “Harri Potter və Ölüm Hədiyyələri” (“Harry Potter and the Deathly Hallows”) filminin hər iki hissəsində canavar-adam rollarının ifaçısıdır. Əlli yaşlı aktyorun cəsədini turistlər məşhur Ölüm dərəsinin Zabriyski Poynt deyilən ərazisindən tapıb.

Aparılmış tədqiqatdan sonra cəsədin 50 yaşlı Deyv Lecenoya məxsus olduğu aşkara çıxıb. İlkin ehtimallara görə, o, ürəktutmasından vəfat edib.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm