Yuxusuzluq, yoxsa dəlilik?
Bizi izləyin

Bilgi.az

Yuxusuzluq, yoxsa dəlilik?

Yuxusuzluqdan əziyyət çəkən insanlar şizofreniklərə bənzəyirlər. Onlarda diqqət dağılır, psixoz əlamətləri müşahidə olunur. Adamı qəribə fikirlər narahat edir, ətrafındakı hadisələri düzgün qavraya bilmir.

Publika.az Rusiya mətbuatına istinadən bildirir ki, bunu 18-40 yaşlı 24 sağlam insanın üzərində aparılan təcrübə təsdiq edib.Əvvəlcə insanlar laboratoriyada normal yatıblar. Bir həftə sonra isə onları bir gecə yuxusuz qoyublar. Sabahı gün könüllülərdən fikirləri və hissləri barədə soruşublar.

Ümumilikdə demək olar ki, yuxusuz gecədən sonra beynin vacib funksiyası - informasiyanın filtrasiyası pozulub.

Bundan başqa, təcrübə iştirakçılarının işığa, rəngə və parlaqlığa reaksiyaları kəskinləşib. Vaxt hissi və iybilmə qabiliyyəti dəyişib. Bu hallar isə adətən psixi pozğunluqlarda, xüsusilə şizofreniyada rast gəlinir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm