Təzə evlənənlər bunları mütləq bilməlidir
Bizi izləyin

Bilgi.az

Təzə evlənənlər bunları mütləq bilməlidir

Təzə evlənən qızlar evdarlıq sahəsində daha təcrübəsiz olurlar. Tabloid.az təzə evlənən xanımların həyatlarını asanlaşdıran evdarlıq məsləhətləri təqdim edir:

  • Dolabın içində boş yer düzlədib çəkmələri asılqandan asın.
  • Boyunbağının qarışmaması üçün pipet istifadə edin.
  • Səyahət edən zaman ayaqqabıları duş qəbul edən zaman başa taxılan duş papağının içinə yerləşdirə bilərsiniz.
  • Açarları qarışdırmamaq üçün hər birini müxtəlif rəngə boyayın.
  • Qırmızı şərab ləkəsini ağ şərab çıxarır. Həmin dəqiqə üstünə ağ şərab əlavə edin.
  • Çantaları dolaba duş pərdəsi asqıları ilə asın.
  • Paltonun üstündə yığılan tükləri daban daşı ilə təmizləyə bilərsiniz.
  • Üzüklərin rənginin çıxmaması üçün şəffaf lakla boyaya bilərsiniz.
  • Dar ayaqqabıları genişlədirmək üçün qalın corab geyinib üzərinə fen tutun. Soyuyana qədər ayaqqabıları çıxartmayın.
  • Ütü nə vaxtsa saç düzləşdirici rolu oynayın. O halda saç düzləşdirici niyə kiçik ütü rolunu öhdəsinə almasın?
  • Ayaqqabılardan gələn pis qoxunun qarşısını almaq üçün içinə kiçik bir bezdə soda qoyun.
  • Şalları və şərfləri asılqana düyünləyərək asa bilərsiniz.
Oxumağa davam et
Reklam
Reklam

Gündəm