Məşhur müğənni “Fotoşop”un qurbanı oldu - Fotolar
Bizi izləyin

Bilgi.az

Məşhur müğənni “Fotoşop”un qurbanı oldu - Fotolar

Amerikalı gözəl Meraya Kerinin fotosu Qərb mətbuatında analiz edilib və o, gündəmdə bədnam imic qazanıb.

Məsələ burasındadır ki, 44 yaşlı müğənni “Wonderland” jurnalı üçün fotosessiyada iştirak edib.

Öz növbəsində, Jezebel portalı müğənninin bədəninin hansı hissələrinin “Fotoşop”la korreksiya edildiyini detalları ilə nümayiş etdirib.

Bu proqramın köməyi ilə müğənni gerçəkdə olduğundan arıq görünüb. “Fotoşop” sayəsində onun dərisi bir az daha “qaralıb”, qarnı “kiçilib”.

Xəbər saytı “Fotoşop”la düzəldilmiş şəkli “Wonderland” jurnalının fotoqrafına göndərməklə bu addımın peşə etikasına uyğun gəlmədiyini bildirib.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm