Naməlum dəlik alimləri çaş-baş saldı – Fotolar
Bizi izləyin

Bilgi.az

Naməlum dəlik alimləri çaş-baş saldı – Fotolar

Sibirin Yamal yarımadasında yaranmış nəhəng bir dəlik alimləri heyrətləndirib. Qazla zəngin olan Sibirin şimalında peyda olmuş naməlum dəliyin genişliyi 80 metrdir. Dəliyin mənşəyinin araşdırılması üçün artıq əraziyə tədqiqat qrupu göndərilib.

Tərcümədə “Dünyanın sonu” anlamına gələn Yamal yarımadasında yaranmış dəliyin yaranma səbəbi məlum deyil. Bəziləri kraterə bənzər dəliyin yaranma səbəbini UNO ilə bağlayır.

Lakin rus mütəxəssislərindən biri dəliyinin yaranma səbəbini qlobal istiləşmə ilə əsaslandırıb. Belə ki, yer qabığı şərab tıxacı kimi partlayıb, yeraltı qazlar çıxıb və nəticədə dəlik meydana gəlib.

Başqa ekspertlər dəliyin yaranmasını meteorit düşməsi ilə əlaqələndirirlər.

Hadisə yerinə getmiş tədqiqatçılar su və torpaqdan analiz götürməklə bu məsələyə aydınlıq gətirəcəklər.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm