Sahə müvəkkili həmkəndlisini yastıqla boğub
Bizi izləyin

Bilgi.az

Sahə müvəkkili həmkəndlisini yastıqla boğub

Orenburqda həmkəndlisini qətlə yetirən sahə müvəkkili barədə məhkəmə hökmü çıxarılıb.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Krasnoqvardeysk rayonun sahə müvəkkili işləyən polis kapitanı Dmitri Rıtov şəxsi münasibətlər zəminində münaqişədə olduğu həmkəndlisinin evinə girib, sərxoş və köməksiz vəziyyətindən istifadə edərək onu yastıqla boğub. Hadisə vaxtı bir nəfər təsadüfən qətlin şahidi olub. Sahə müvəkkili onu qorxudaraq polis məntəqəsinə getməyi və cinayəti guya özünün törətdiyini etiraf etməyə vadar edib.

Beş ay müddətində həmin şəxs istintaq təcridxanasında saxlanılıb. Lakin verdiyi ifadələrdəki uyğunsuzluq müstəntiqləri şübhəyə salıb.

Sonradan qətli törədənin elə sahə müvəkkili olduğu tam sübuta yetirilib. Dmitri Rıtov Orenburqu tərk etdiyindən o, federal axtarışa verilib və 7 ay sonra həbs olunub.

Məhkəmənin hökmü ilə keçmiş polis kapitanı 15 il müddətinə azadlıqdan məhrum edilib.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm