Separatçıların əsirliyində 200-dən çox ukraynalı döyüşçü var - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Separatçıların əsirliyində 200-dən çox ukraynalı döyüşçü var - FOTOLAR

Mayın 2-dən bu günədək separatçılara əsir düşmüş 50 ukraynalı hərbçi azad edilib.

Publika.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu haqda Dneprepetrovskda mətbuat konfransı keçirən general-polkovnik Vladimir Ruban məlumat verib.

O bildirib ki, hər bir əsirin azad edilməsi üçün ayrıca danışıqlar aparılıb. Heç bir girov pul müqabilində azad olunmayıb. Amma qondarma Donetsk və Luqansk Xalq Respublikaları ilə qarşılıqlı surətdə əsirlərin dəyişdirilməsi halları olub.

Generalın sözlərinə görə, separatçıların əlində hələ də 200-dək ukraynalı hərbçi var: “Bu yaxında daha 5 hərbçini azad etdik. Onlar özlərini yaxşı hiss edirlər. Yalnız əsirlikdə olarkən separatçıların güclü psixoloji təzyiqə məruz qaldıqlarından şikayətçidirlər”.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm