Bilgi.az
Rumıniyanın seks-simvolu Şamaxıda – Fotolar - Video
Dünya şöhrətli müğənni İnna Azərbaycana gəlir.Tabloid.az xəbər verir ki, ifaçı iyulun 28-də “Şamaxi Palace Platinum by Rixos” da konsert proqramı ilə çıxış edəcək.
Konsertin təşkilatçısı Aqil Məmiyevin məlumatına görə, bundan savayı, iyulun 27-də “High Life Fashion & Model Academy”-nin təşkilatçılığı ilə “Miss High Life International” gözəllik müsabiqəsinin möhtəşəm final gecəsi keçiriləcək.
Müsabiqənin münsiflər heyətində ölkənin ən populyar müğənni və sənət adamları yer alacaq. Eləcə də konsert çıxışları olacaq.
İyulun 28-də isə sözügedən oteldə İnnanın solo konserti baş tutacaq. Onu DJ Roshka müşayiət edəcək.
Həyəcan və rəqs dolu musiqi gecəsinin sonunda qonaqları atəşfəşanlıq gözləyir. Aqil Məmiyevin məlumatına görə, oteldə 3 gün qonaq olacaq ziyarətçilər hər 3 konsert və əyləncə günlərinə əlavə ödənişsiz qatılmaq şansı əldə edəcəklər.
Yerli ulduzlardan “Dostlar” qrupu, Aysel Əlizadə, Sofiya Şah da səhnəyə çıxacaq.
Qeyd edək ki, rumın ifaçısı İnna daha əvvəl Bakının qonağı olub.
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı
-
Sosial17:00
Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi başlandı - Yeniləndi
-
Cənubi Qafqaz16:39
Ukrayna deputatları Vardanyanı biabır etdilər - Nobel Komitəsinə müraciət
-
MDB15:56
Həbs olunan generalla bağlı şok iddia: Boşanması uydurma olub
-
İdman15:15
Həbsxanadan məktub yazdı: İki zabitin qarşısında soyunmalı oluram - FOTOLAR
-
Rəsmi xronika14:51
Azərbaycan Qırğızıstanla Anlaşma Memorandumu imzaladı
-
Hadisə14:06
Sabiq baş pediatr özünü güllələdi - TƏCİLİ
-
Rəsmi xronika14:05
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Yeniləndi