Taleyüklü mahnı, ya öncəgörmə?
Bizi izləyin

Bilgi.az

Taleyüklü mahnı, ya öncəgörmə?

Faciəni öncədən hiss edib mahnıya klip çəkdirdi

Bir neçə gün əvvəl “NeboTabu” adlı rus qrupu “SOS” yeni albomlarının təqdimatının iyulun 17-də olacağını bəyan etmişdi.

O zaman kollektiv üzvləri klipin nə qədər taleyüklü olacağını düşünməyiblər. Xəbər verildiyi kimi, dünən axşam saatlarında Ukrayna səmasında faciə baş verib. Snejnoye yaşayış məntəqəsinin üzərində Amsterdam-Kuala-Lumpur hava reysini həyata keçirən Malayziyaya məxsus "Boeing 777” təyyarəsi vurulub. Göyərtədə 280 sərnişin və 15 ekipaj üzvü olub.

Bir neçə ay bundan qabaq isə elə Malayziyaya məxsus olan təyyarə sirli şəkildə yoxa çıxıb.

“NeboTabu” qrupu da məhz itkin düşmüş MH370 təyyarəsinin qurbanları üçün “SOS” mahnısına klip çəkdirib. Lakin maraqlısı budur ki, “SOS” mahnısını təqdimatı günü digər bir Malayziya təyyarəsi faciə ilə üzləşib.

“NeboTabu” qrupunun solisti Maks Belousov deyib: ”Mən bu təsadüfdən hələ də şokdayam. Ən qorxulusu isə odur ki, eyni hava şirkətində faciə baş verən günü biz klipin təqdimatını keçirməyi düşünürdük. Biz “SOS” mahnısı ilə bizi əhatə edən gerçəkliyi dünyaya çatdırmaq istəyirik. Ümidvarıq ki, klipin köməkliyi ilə qəzada həlak olan insanların xatirəsi yad ediləcək, çünki bu faciə bizim hər birimizin başına gələ bilərdi”.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm