Bilgi.az
Dünyanın ən qeyri-adi hava limanları – Fotolar
Publika.az dünyanın ən qəribə və maraqlı hava limanlarını siyahısı təqdim edir:
- Gisborn hava limanı, Yeni Zelandiya.
Yeni Zelandiyanın şimalında, o qədər də böyük olmayan Gisborn
şəhərində eyni adlı hava limanı yerləşir. Burada küçələr kiçik və
dar olduğundan məkana qənaətlə yanaşırlar. Bu səbəbdən, təyyarənin
uçuş zolağı fəaliyyətdə olan qatar relsləri üzərindən keçir.
Təyyarələr az uçduqlarından qatarların fəaliyyəti heç bir problem
yaratmır. Lakin bəzən təyyarə ekipajı qatara görə gecikmələrlə
üzləşir. Belə ki, təyyarə yerə enməzdən əvvəl qatarın keçməsini
gözləməlidir.
- Şahzadə Yuliana hava limanı, Müqəddəs Martina adası.
Hazırki hava limanı dünyanın ən təhlükəli limanlarından biridir.
Karib hövzəsində yerləşən ada Fransa və Hollandiya arasında
bölüşdürülüb. Demək olar, burada təyyarə birbaşa çimərliyin
üzərindən keçir. Təyyarə çimərlikdə istirahət edən turistlərin başı
üzərindən cəmi 10-20 metr hündürlükdə uçur.
- Xianço-İraksun hava limanı, Saba adası.
Karib hövzəsində Müqəddəs Martin adasından 46
kilometr uzaqlıqda ən qısa uçuş xətti olan hava limanı yerləşir.
Yolun uzunluğu 400 metrdir. Buraya yalnız kiçik təyyarə və
vertolyotlar enə bilər. Hollandiyaya məxsus adanın hava limanı ən
təhlükəli hava limanı hesab olunur.
- Cəbəllütariq hava limanı, Cəbəllütariq
Böyük Britaniyaya məxsus olan ərazidə yerləşən hava limanının
uçuş xətti avtomobil magistralının üzərindən keçir. Hər dəfə
təyyarə eniş və ya uçuş edərkən yol hərəkəti dayandırılır.
- Funşala hava limanı, Madeyra adası, Portuqaliya.
Adanın landşaftını nəzərə alan mühəndislər təyyarə üçün uçuş
zolağının inşası üçün süni torpaq yaratmalı olublar.
- Kurşevel hava limanı, Fransa
“Cemys Bond” filminin çəkildiyi hava limanının uçuş zolağı çox
qısadır – cəmi 525 metr. Yalnız təcrübəli pilotlar təyyarəni bu
hava limanına endirə bilər. Nəzərə alaq ki, hava limanı Alp
dağlarında yerləşir.
- Barra hava limanı, Şotlandiya
Hava limanı Şotlandiyanın Barra adasına yerləşir. Buranın
özəlliyi ondan ibarətdir ki, buranın torpağı dəniz qumundan
ibarətdir. Qabarma və çəkilmələr nəticəsində su, uçuş zolağını
ört-basdır edir.
- Ays Ranvey, Antarktika
Bu hava limanının uçuş zolağı nə qum, nə asfalt, nə də beton
yoldan ibarətdir. Uçuş xəttini buz təşkil edir. Təyyarə yerə enməyə
həm buza, həm də kəskin hava şəraitinə görə çətinlik çəkir.
Dekabrın sonunda buzlar əriyərkən uçuş dayandırılır.
- Yadin hava limanı, Çin.
Tibetdə yerləşən hava limanı dəniz səviyyəsindən 4411 metr
hündürlükdədir.
- Kansay hava limanı, Yaponiya.
Hava limanı iki müxtəlif adada yerləşir. Hava limanının
yerləşdiyi ada isə seysmik cəhətdən çox fəaldır.
-
Maraq dünyası12:00
May ayının şanslı BÜRCLƏRİ
-
Hadisə11:18
"Oğlan subay olub, qız isə..." - Bakıda gənclər hamamda necə ölüb? - VİDEO
-
Dünya10:41
Rusiya hərəkətə keçdi: Bu ölkə qırıcıları havaya qaldırdı
-
Avropa10:15
Zelenskini öldürmək istəyən şəxs bu ölkədə saxlanıldı
-
MDB09:48
Moskvada motosikletçini öldürən Şahin Abbasovun mənzilindən görün nə qədər pul tapıldı - FOTO
-
Yaxın Şərq09:12
İsrail İranı vurdu: görün neft bahalaşaraq neçəyə oldu
-
Hadisə08:07
Qızı ilə Kürdə batan atanın meyiti TAPILDI
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”