Dmitri Nağıyev: “Təyyarə qəzasını törədən lənətlənib”
Bizi izləyin

Bilgi.az

Dmitri Nağıyev: “Təyyarə qəzasını törədən lənətlənib”

Dünən axşam saatlarında Ukrayna ərazisində “Malaysia Airlines” şirkətinə məxsus Boeinq 777 raket atəşinə tutulub. Göyərtədə olan 295 sərnişin yerindəcə həlak olub. Həlak olmuş sadə insanlar haqqında məşhurlar öz fikirlərini bölüşür. Əslən azərbaycanlı olan rus aktyor və televiziya aparıcısı Dimitri Nağıyev də təyyarə qəzasının qurbanları haqqında fikir söyləyib.

Xatırladaq ki, 47 yaşlı Dimitri Nağıyev əslən İranda yaşayan azərbaycanlılardandır. O, həlak olan insanların ailələrinə başsağlığı verərək terror hadisəsini törədən insanı “lənətlənmiş insan” adlandırıb.

D. Nağıyev deyib: “Mən bilmirəm bu, kimə məxsus raket olub. Ümumiyyətlə, onun raket olub-olmamasını da deyə bilmərəm. Əgər raket olubsa, onu atan adama lənətlər olsun!”

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm