Dünyanın ən sürətlə danışan qadını
Bizi izləyin

Bilgi.az

Dünyanın ən sürətlə danışan qadını

Dünyanın ən sürətlə danışan qadını Amerikada yaşayır.

ANS PRESS-in məlumatına görə, Nyu-York ştatında yaşayan 54 yaşlı Fran Kapo uşaq yaşından etibarən sürətlə danışır.

O, 1986-cı ildə radioların birinə işə qəbul olunub. Qadın sürətlə danışıq bacarığından bəhrələnərək ən tanınmış DJ-lərdən birinə çevrilib.

Fran Kapo deyir ki, uşaqlıqdan bu bacarığı ilə hər kəsi heyrətləndirirmiş. Qadın bu bacarığı sayəsində adını Ginnesin Rekordlar kitabına yazdırıb.

Qeyd edək ki, Fran Kapo bir dəqiqəyə 585 kəlmə deyə bilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm