Aktyor vurulmuş təyyarəni lağa qoydu
Bizi izləyin

Bilgi.az

Aktyor vurulmuş təyyarəni lağa qoydu

İyunun 17-də Ukraynanın şərqində Malayziyaya məxsus “Boeing” təyyarəsinin vurulmasından bir neçə saat sonra aktyor Ceyson Biqqs bağlı “Twitter” sosial şəbəkəsində qəza ilə bağlı yersiz zarafat edib. “Amerikan piroqu” filminin ulduzu, abunəçilərdən Malayziya hava yollarından istifadəyə görə onun hesabında toplanmış bonus millərini kimin almaq istədiyini soruşub.

Otuz altı yaşlı aktyor əlavə edib: “Gəlin ciddi danışaq, kim səhvən kommersiya təyyarəsini vura bilərdi? Əlbəttə, bu qurbanlar və onların ailəsi üçün kədərlidir. Lakin “Malaysia Airlines” əla hava şirkətidir. Çətin ki, bundan sonra dirçələ bilə”.

Bundan sonra internet istifadəçiləri hiddətlənərək yersiz zarafata görə onu ittiham ediblər. Əvvəlcə şərhlərə aqressiv cavab verən Biqqs sonradan işlətdiyi ifadələrə görə üzr istəməli olub.

Qeyd edək ki, iyulun 17-də Ukrayna-Rusiya sərhədində “Malaysian Airlines” şirkətinə məxsus “Boeing-777” təyyarəsi partladılıb. Nəticədə, 283-ü sərnişin, 15-i ekipaj üzvü olmaqla 298 insan həlak olub. Təyyarə Amsterdamdan Kuala-Lumpura uçurdu.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm