Rusların Azərbaycana 2 qəpiyə verdiyi bina
Bizi izləyin

Bilgi.az

Rusların Azərbaycana 2 qəpiyə verdiyi bina

Rusiya hökumətinin bağladığı yeni sazişə görə, Moskvadakı VDNX sərgi mərkəzindəki “Atom enerjisi” pavilyonu Azərbaycana verilir.

ANS PRESS-in məlumatına görə, bu barədə məlumat rəsmi hüquqi məlumat internet-portalında yerləşdirilib. Rusiya tərəfi 3,1 min kvadratmetr sahəsi olan binanı 50 il müddətinə Azərbaycana verib. Azərbaycan isə bunun qarşılığında ildə 1 rubl (indiki məzənnə ilə 2,2 qəpik) simvolik məbləğ ödəyəcək. 50 illik müddət başa çatdıqdan sonra sazişin daha 50 il uzadılmaq imkanı var.

“Rusiya tərəfi zəmanət verir ki, obyekt və torpaq sahəsi borcdan və üçüncü tərəfin iddiasından azaddır. Ondan istifadə üçün heç bir maneə yoxdur”- deyə sazişdə vurğulanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm