3 milyon dollarlıq bu qəsrə sahib ola bilərsiniz – Fotolar
Bizi izləyin

Bilgi.az

3 milyon dollarlıq bu qəsrə sahib ola bilərsiniz – Fotolar

“Castell de Celra” qəsriı Barselona və Fransa sərhədində tikilmiş nağıllar dünyasını xatırladır. Min il bundan qabaq tikilmiş qəsr 3 milyon dollara sizin ola bilər.

Tarixi abidələr siyahısına daxil edilmiş qəsrdə 7 yataq otağı, 2 mətbəx, qonaq otağı, şərab otağı var. Onun klassik qülləsi isə kitabxanaya çevrilib.

Çimərlikdən buraya 30 dəqiqəlik yoldur və bu, azmış kimi, qəsr dörd tərəfdən Pireney dağları ilə əhatələnib.

Qəsr divarları ərazinin yayda daha sərin qalmasına yardım edir. Onun həyətində meyvə ağacları və çimərlik hovuzu da var.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm