Dünyanın ən uzun velosiped cığırı
Bizi izləyin

Bilgi.az

Dünyanın ən uzun velosiped cığırı

Avropa parlamentinin üzvü Maykl Kremer Vyana keçirilən iclasda “dəmir pərdə” velocığırının çəkilməsinin bütün planlarını parlamentə təqdim edib. ANS PRESS-in məlumatına görə, cığırın uzunluğu 6,8 min kilometr təşkil edəcək.

Onun marşrutu RF və Norveç sərhəddində Barens dənizindən başlayaraq, Rusiya-Fin sərhəddindən keçərək, Baltikyani sahildən, Polşa, AFR və ADR-in keçmiş sərhəddindən, daha sonra isə Cexiya, Avstriya, Sloveniya, Macarıstan, Serbiya, Rumıniya bə Bolqarıstan sərhədlərindən keçəcək və artıq Qara dənizdə başa çatacaq.

Kreymerin sözlərinə görə layihənin qiyməti də ürəkaçandır. Belə ki, marşrut artıq mövcud olan bir çox velocığırları özündə birləşdiricək. “Sadəcə “Dəmir Pərdə” yolunun göstəriciləri olan yol nişanlarının yerləşdirilməsi lazım olacaq” deyə layihə rəhbəri aydınlıq gətirib.

Qeyd edək ki, ilk dəfə “Dəmir Pərdə” yolunun tikintisi haqqında 2005-ci ildə danışılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm