Tarixin 6 ən bahalı elmi layihəsi
Bizi izləyin

Bilgi.az

Tarixin 6 ən bahalı elmi layihəsi

İnkişaf qurban tələb edir. Bəzən inkişaf üçün elə layihələr verilir ki, onun məbləği bir neçə ölkənin ümumi büdcəsini təşkil edir.

Publika.az bəşəriyyət tarixində ən bahalı 6 layihənin siyahısını təqdim edir.

6. Superkompüter Watson

Qiyməti: 900 milyon – 1.8 milyard dollar

İBM şirkətinin bu kompüterin əsasını qoymaqda məqsədi diaqnostika zamanı həkim səhvlərinin müəyyən edilərək aradan qaldırılmasıdır. Kompüterin dili ingiliscədir və verilən bütün sualların cavabını sadə dillə izah edir. Kompüterin əməliyyat yaddaşı 16 terabaytdır.

5. Superconducting Super Collider

Qiyməti: 2 milyard dollar

1983-cü ildə ABŞ Konqresi tərəfindən bəyənilmiş SSC dünyanın ən güclü kollayderidir. O hətta müasir kollayder olan Böyük Adron Kollayderindən də güclü hesab olunur. Kollayder tikilərkən layihənin məbləği 4,4 milyarda qədər qalxırdı. Konqresdə yeni maliyyə vəsaitlərinə baxıldığı zaman SSRİ iflas etdi. Bu zaman SSRİ ilə daim mübarizədə olan ABŞ üçün elmi layihə əhəmiyyətini itirdi. Büdcədən 2 milyard dollar xərclənməklə kollayder 1993-cü ildə tamamilə bağlandı. Atılmış kollayderin ərazisi hazırda Texas ştatında qalmaqdadır.

4. Curiosity

Qiyməti: 2,5 milyard dollar

Curiosity – Mars planetinin tədqiqatı üçün ora NASA-nın göndərdiyi ən bahalı və ağır aparatdır. Onun məqsədi isə qırmızı planetin iqlim və geologiyasını öyrənmək, torpaq süxurlarını araşdırmaqla keçmişdə planetdə həyatın olub-olmadığını müəyyən etməkdir. Bunun üçün aparata yüksək texnologiyalı qurğular qoşulub. Aparat planetdə fəaliyyətinə 2012-ci ildə Geyl kraterinə uğurlu enişdən sonra başlayıb. 2014-cü ildə isə Curiosity qırmızı planetə düşməsinin ildönümünü qeyd edib. Belə ki, Mars Günəş ərtafında bir dövrü 687 yer gününə başa gəlir. Aparat hazırda öz fəaliyyətini Marsda davam etməkdədir.

3. Böyük Adron Kollayderi

Qiyməti: 4,4 milyard dollar

Böyük Adron Kollayderi (və ya sürətləndiricisi) 2008-ci ildə Avropa nüvə tədqiqatlar şurası olan CERN-in hazırladığı dünyanın ən böyük proton sürətləndiricisidir. BAK bəşər tarixinin ən bahalı layihəsi olub. O, Fransa və İsveçrə sərhədində yerləşir.

2. Beynəlxalq Tədqiqat Nüvə Reaktoru (İTER)

Qiyməti: 21,6 milyard dollar

1985-ci ildə Qorbaçov və Reyqanın təşəbbüsü ilə ən böyük nüvə reaktoru olan İTER-in əsasının qoyulması üçün işlər başlayıb. ABŞ və SSRİ ilə layihəyə həmçinin Yaponiya və Avropa İttifaqı da qoşulub. Fransanın cənubunda tikilən nüvə reaktoru 2020-ci ildə hazır olub, onun 2027-ci ildə fəaliyyətə başlayacağı gözlənilir.

  1. Beynəlxalq Kosmik Stansiya

Qiyməti: 150 milyard dollar

BKS çoxməqsədli kosmik tədqiqatlar üçün istifadə edilən pilotlu ortibal stansiyadır. Bu beynəlxalq layihədə BKS 23 ölkə iştirak edir. O, 2020-ci ildə fəaliyyətini bitirəcək, stansiyanın Sakit Okeanda batırılması gözlənilir.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm