Səkkiz aylıq hamilə qadını zorladılar
Bizi izləyin

Bilgi.az

Səkkiz aylıq hamilə qadını zorladılar

Moskvada dəhşətli cinayət hadisəsi baş verib.

Publika.az kp.ru saytına istinadən xəbər verir ki, 23 yaşlı Yuliya internet vasitəsilə dayə işi axtarırmış. Bu zaman o, saytların birində uyğun elanı tapır və iş təklif edən şəxsin yazdığı ünvana yollanır.

Amma Moskvanın Ratnaya küçəsində yerləşən ünvana çatdıqda onun üzünə qapını uşaqlı ailə deyil, üzütüklü iki kişi açır.

Onlar zavallı qadını tapançayla qorxudaraq onları öz evinə aparmağa məcbur edirlər. Cinayətkarlar qadının evindən 3 min rubl pul, kompüter, planşet və zinət əşyaları götürürlər.

Yuliya onlara hamiləliyin 8-ci ayında olduğunu desə də, xeyri olmur. Qadını zorladıqdan sonra cinayətkarlar evi tərk edirlər.

Faktla bağlı cinayət işi açılıb. Cinayətkarlar hələlik tapılmayıb. Onların yaşadıqları ünvanda kirayə qaldıqları aşkar olunub. Zorlanmış qadın isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm