Bunkerə sığınan yəhudilərdən maraqlı selfie-fotolar
Bizi izləyin

Bilgi.az

Bunkerə sığınan yəhudilərdən maraqlı selfie-fotolar

İsrail üzərində hava həyəcan siqnalı verilən kimi dərhal yüzlərlə insan təhlükəsizlik naminə yeraltı bunkerlərə sığınır.

Təhlükəsizlik otaqları, bomba əleyhinə sığınacaqlar, pilləkənlar və bunker divarları yəhudilər üçün qorxunc görünə bilər. Lakin bir neçə yeniyetmə hər şeyə rəğmən, gülümsəyərək çəkilmiş fotolarını “Facebook” sosial şəbəkəsində paylaşır.

Yeniyetmələrdən biri deyib: “Nədən selfie-fotolar bunkerdə çəkilməsin ki?”

Gənclər çəkdiyi fotolarda heç də bədbin görünmürlər. Onların üzlərində qorxu da hiss olunmur. Hətta gənclər biri qurşağına dəsmal bürümüş kişi ilə şəkil çəkdirərək fotonun altında yazıb: “Sığınacaqda qonşumuzla rastlaşarkən”.

Qeyd edək ki, 16 gün davam edən münaqişədə mülki şəxslər də daxil olmaqla 718 nəfər fələstinli və 32 İsrail əsgəri öldürülüb.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm