İt üçün xüsusi təyyarə ...
Bizi izləyin

Bilgi.az

İt üçün xüsusi təyyarə ...

İt üçün xüsusi təyyarə

BÖLÜM: Maraqlı
YAYIM TARİXİ: 4 Avqust 2014 03:04

Amerikanın Kanzas ştatında yaşayan it son zamanlarda olduqca məşhurlaşıb.

Məlumatlara görə, Lady adlı it son zamanlarda ailəsi tərəfindən sevilmir. Bu günə qədər Ladyni saxlayan ailə iki dəfə onu sahibsiz heyvanların saxlanıldığı yerə göndərib. Lady isə ailəsi ilə birlikdə yaşamaq istədiyi üçün 45 kilometrlik yolu yenidən geri qayıdaraq öz sahibinin evinə dönüb.

Ailəsi üçüncü dəfə iti sahibsiz heyvanların yanına göndərdiyi zaman Vriqley saqqız adalarının sahibi olan Helen Riç ona biganə qalmayıb. O, Lady üçün Kanzas ştatına xüsusi təyyarə göndərib və onu öz yanına gətirtmək istədiyini deyib. Ladynin qaldığı heyvan sığınacağının sahibi onun çox yaxşı it olduğunu və hər zaman elə sadiq bir itə sahib olmaq istədiyini deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm