Evli kişini sevdiyinə görə işdən uzaqlaşdırıldı
Bizi izləyin

Bilgi.az

Evli kişini sevdiyinə görə işdən uzaqlaşdırıldı

Böyük Britaniya kral donanmasının zabiti Sara Uest evli bir kişi ilə sevgi yaşadığı üçün gəmi kapitanı vəzifəsindən qovulub.

Ölkənin silahlı qüvvələr məcəlləsinə görə, “əməliyyat effektivliyinə” xələl gətirdiyi üçün hərbi qulluqçularla şəxsi münasibət qurmaq qadağandır.

Qeyd edək ki, Sara Uest Böyük Britaniya hərbi gəmisində çalışan ilk kapitan qadın olub. O, vəzifəyə gətirilərkən donanmada tək qadın olub. 39 yaşlı Sara “liderlik, əminlik, ruh yüksəkliyi, sağlam düşüncə və insanlarla ünsiyyət” sahəsindəki bacarıqlarına görə bir çox kişi namizədlərdən üstün sayılaraq, donanma kapitanı vəzifəsinə gətirilib.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm