Bilgi.az
Çips paketləri vasitəsilə nədən danışdığınızdan xəbərdar ola bilərlər
Amerikalı tədqiqatçılardan ibarət qrup alqoritm hazırlayıb. Bu alqoritm ilə ətrafdakı əşyaların video yazının köməyi ilə hesablanan mikrospopik vibrasiyaları vasitəsilə insan nitqi də daxil olaqla səsi rekonstruksiya etmək olur. Bu haqda “The Washington Post” yazır.
“Obyektlə toqquşan səs dəqiq vibrasiyalara səbəb olur”, - qəzet məsələyə aydınlıq gətirir. Bu vibrasiyalar kiçik olduğundan onların tanınması üçün yüksək sürətli kameralar gərəkdir. Eyni zamanda məlum oldu ki, saniyədə 2-6 min kadr çəkə bilən cihazın olmağı kifayətdir.
Tədqiqat zamanı həmçinin məlum olub ki, texnologiya bəzi kameralara xas olan xüsusiyyətlərdən faydalanmağa imkan verir. Bu xüsusiyyətlərə “rollinq şatter” kimi məşhur olan visual defekt aiddir. “O sanki ikiölçülü aşağı sürətli kameranı birölçülü yüksəksürətli kameraya çevirir”, - tədqiqat müəlliflərin biri Eyb Devis izah edir.
“Nəticələr, şübhəsiz, yaxşıdır (və bir qədər qorxudur), - “The Washington Post”-un müxbiri yazır. Nümunələrdən birində göstərilir ki, 15 fut uzaqlıqda olan səs keçirməyən şüşədən çips paketlərinin çəkilişi aparılır. Təmiz bərpa edilmiş səsin alındığını demək olmaz, lakin içəridə kiminsə “Merinin qoyunları var idi” şeirini oxuduğunu başa düşmək olur”.
“Bundan səsin aydınlaşdırılması indiyə qədər mümkün olmayan hallarda istifadə etmək olar. Yəni, kriminalistika sahəsində tətbiq edilmək üçün daha bir alət əlavə edilir”, - Devis deyib. /cumhuriyyet.info/
-
Magazin121:05
O getdi, mən də daha yoxam! - Əməkdar artist səhnə ilə vidalaşdı
-
Sosial19:35
Özünü öldürən sabiq pediatrın iş yoldaşı DANIŞDI: “Ailə məsələsi deyil..."
-
ABŞ19:25
Bayden Ukraynaya hərbi yardım haqqında qanunu İMZALADI
-
Rəsmi xronika18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ
-
Hadisə18:33
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə qəza enişi etdi - FOTO
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı
-
Sosial17:00
Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi başlandı - Yeniləndi
-
Cənubi Qafqaz16:39
Ukrayna deputatları Vardanyanı biabır etdilər - Nobel Komitəsinə müraciət