Rusları qıran səbəb tapıldı
Bizi izləyin

Bilgi.az

Rusları qıran səbəb tapıldı

Publika.Az xəbər verir ki, Britaniyanın "The Lancet" jurnalında sərt alkoqol içkilərilə kişilərin erkən ölüm səviyyəsi arasında bilvasitə əlaqanin olduğu göstərilir.

Beynəlxalq alimlər qrupu tərəfindən aparılan tədqiqat Barnaul, Tomsk və Biysk şəhərlərində 150 min adamın alkoqol istehlakı mədəniyyətinin təhlili əsasında hazırlanıb.

1999-2010-cu illəri əhatə edən araşdırmada kişilərin təqribən dörddə birinin 55 yaşına çatmamış öldüyü göstərilir.

Bu qrupda əsas ölüm səbəbi aşırı alkoqol qəbulu ilə bağlıdır, araşdırmada deyilir.Məqalədə konkret olaraq alkoqol zəhərlənməsi, boğaz və qaraciyər xərçəngi, bədbəxt hadisələr, zorakı ölüm və intihar kimi səbəblər sadalanır.

Böyük Britaniyada 55 yaşına çatmamış ölən kişilərin sayı 7 faiz təşkil edir.Araşdırma müəlliflərindən biri Oksford Universitetinin professoru Richard Peto Rusiyada adambaşına orta hesabla 20 litr vodkanın düşdüyünü bildirib.

İsmayıl

Oxumağa davam et
Reklam
Reklam

Gündəm