Bilgi.az
Yoqa insanları ağıllı edir
Həftədə üç dəfə xatxa-yoqa ilə məşğul olmaq zehni qabiliyyəti yaxşılaşdırır. Amerika alimləri yaşı 55-dən yuxarı olan 100 insan arasında apardığı araşdırmadan sonra bu qərara gəliblər.
Səkkiz həftə yoqa ilə məşğul olan yaşlı insanlarda intellekt səviyyəsinin yaxşılaşdığı qeydə alınıb. Onlar çətin testlərdən də uğurla keçiblər. Tədqiqatlar 55-79 yaş arası olan 108 insan üzərində araşdırma aparıblar. 108 insandan 61 nəfəri xatxa-yoqa, 47 nəfəri isə gimnastikanın adi növü ilə məşğul olub. Yoqa və gimnastika ilə məşğul olan insanlar arasında zehni fərq test nəticələrindən sonra müəyyən olunub.
Səkkiz həftədən sonra yoqa ilə məşğul olan insanlarda nəzərəçarpacaq dəyişiklik olub. Lakin gimnastika ilə məşğul olan təqaüdçülərdə heç bir dəyişiklik qeydə alınmayıb.
Tədqiqat qrupu xəbər verir ki, hər iki qrup arasındakı fərqə səbəb yaş, sosial status və demoqrafik amillər olmayıb.
Xatxa-yoqa qədim mənəvi ayindir, o, meditasiya və nəfəsalma məşqindən ibarətdir.
Bundan əvvəlki araşdırmalarda isə yoqanın qorxu, depressiya və stress hallarının da aşağı salması müəyyən edilib. Bu tədqiqatların nəticəsi sübut edir ki, yoqa sakitləşdirici effekt verərək əsəb sistemini qaydaya salır.
Nura
-
Maraq dünyası13:35
Dünyanın ən gənc və ürəyi boş milyarderi: Bu müəmmalı şəxs niyə hamıdan gizlənir?
-
Hadisə13:01
Cavanşir Məmmədov vəfat etdi
-
Hadisə12:30
Maşınlarını tıxacda saxlayıb dalaşdılar - VİDEO
-
Sosial11:55
Əli Əsədov qərar imzaladı
-
Sosial11:25
Ömrü yarıda, pulu havada qalanlar: Pensiya kapitalı varislərə qaytarıla bilər?
-
Hadisə11:10
Azərbaycanın əməkdar artisti vəfat etdi - FOTO
-
Müsahibə10:15
Diplomu 175 ölkədə tanınan azərbaycanlı: İki illik proses 40 gündə bitdi
-
Region09:20
Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar