Bilgi.az
Xarici dil öyrənməyin effektiv yolları
İspaniyanın Alikante Universitetindən filoloq Maria Mendez Santos insanların xarici dil öyrənərkən yol verdiyi əsas səhvlərdən danışıb və dil öyrənmək üçün 4 effektiv üsulu bölüşüb.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Santosun sözlərinə görə, qeyri-real gözləntilər çox vaxt öyrənməyə mane olur. Məsələn, bir çox insan kurslara yazılmağın kifayət olduğunu düşünür, 1 və ya 2 həftə ərzində xarici dildə sərbəst danışa biləcəyini gözləyir. “Dili mənimsəmək istəyirsinizsə, bir kursdan daha çox vaxt sərf etməli olacaqsınız” , - filoloq xəbərdarlıq edib.
Santosun fikrincə, bir dili öyrənmək üçün bir neçə həftəlik başqa bir ölkəyə köçməyin kifayət olduğunu düşünmək də olmaz. O əlavə edib ki, yeni mühitə uyğunlaşmaq bir anda baş vermir, ona görə də bir dildə danışmaq üçün başqa ölkədə çox vaxt keçirmək lazımdır.
Başqa bir mif onunla bağlıdır ki, istədiyiniz dildə danışan əcnəbi bir dost tapmaq və onunla ünsiyyət qurmaq kifayətdir. Filoloq ana dilində danışan biri ilə yeni dil öyrənməyin effektivliyini inkar etmir, ancaq bu şəxs dili öyrədirsə.
Xarici dilə yiyələnmək istəyənlər üçün Santos uzun bir səyahətə hazırlaşmağı və nizam-intizamlı olmağı öyrənməyi tövsiyə edir. O, həmçinin yüksək gözləntilərdən imtina etməyi, real hədəflər qoymağı, sadədən başlayaraq tədricən daha mürəkkəb olanlara keçməyi təklif edir.
Filoloq öyrənməyi gündəlik həyatın bir hissəsinə çevirməyi tövsiyə edir. Məsələn, xarici dildə serial və filmlərə alt yazı ilə baxa, telefon menyusunu istədiyiniz dilə çevirə və ya xarici dildə videooyunlar oynaya bilərsiniz. Santos hesab edir ki, hər gün istifadə etsəniz, yeni sözləri yadda saxlamaq daha asan olar, ona görə də onları istifadə etməyə və tətbiq etməyə davam etmək vacibdir.
-
Dünya10:00ABŞ-dan Hörmüz AÇIQLAMASI - İranı ələ saldı: Donanma yoxdur
-
Sosial09:18Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olundu - Rəsmi
-
Səhiyyə08:48Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ







.jpg)










.jpg)


















