Bilgi.az
İranlı qızlar qartopu oynayır - Dünyadan FOTOLAR
Ötən həftənin maraqlı hadisələri görüntülərdə
Begemot əhilləşdiriciləri Ludmila (solda) and Tofig Akhundov Minsk sirkinin manejində çıxış edirlər (Foto: AFP/Viktor Drachev)
Soçi olimpiadasına xidmət edən avtobus Krasnaya polyana yaxınlığındakı olimpiya xizək mərkəzinə gedir (Foto epa/Michael Kappeler)
İranın Rəşt şəhərinə qar yağıb (Foto: IRNA)
Divnoqorsk (Rusiyanın Krasnoyarsk vilayəti) şəhərinin "Morj üzgücüləri" klubunun üzvləri Yeniseydə çimirlər.(Foto: Reuters/Ilya Naymushin)
Suriyanın Hələb şəhəri yaxınlığında bombardımandan sonra uşağı xilas edən kişi (Foto: Reuters/Ammar Abdullah)
Zebra kostyumlu adam Kiyevin Azadliq meydanında yoldan keçənlərə birgə fotoşəkil çəkdirməyi təklif edir. Pullu xidmətdən əldə olunan gəlir Ukraynada 2-ci aydır davam edən Avromaydan hərəkatının xəzinəsinə gedir (Foto: Reuters/Thomas Peter)
Yanvarın 31-də Ramallah yaxınlığında qaçqın düşərgəsində Fələstinlilərin etiraz nümayişləri olub. Görüntüdə İsrail əsgərinin atdığı qaz bombasından sığınmağa çalışan fələstinli gənc (Foto: Reuters/Mohamad Torokma)
Nepal. Katmanduda, Bagmati çayında keçirilən festivaldan görüntü (Foto: AFP/Prakash Mathema)
Çində At üstündə qəbul olunan yeni ili qarşılayırlar. (Foto: AFP/Mark Ralston)
Minsk yaxınlığında broyler fabriki (Foto: AFP/Viktor Drachev)
Londonda Rusiya səfriliyi qarşısında etiraz aksiyası. Amnesty İnternationalın təşəbbüsü ilə keçirilən bu aksiyada balerinalar "Qu quşu gölü" baletindən rəqs ifa edirlər. (Foto: AFP/Leon Neal)
Moskva bazarında isti cay satan qadın. (Foto: epa/Yury Kochetkov)
Kiyevdə barrikadalarla üz-üzə duran Ukrayna polisləri xatirə şəkili çəkdirilər. (Foto: epa/Maksim Shipenkov)
Hindistanın Nyu Dehli şəhərində nəfəsli orkestrin üzvü ifalar arası nəfəsini dərir (Foto: AFP/Sajjad Hussain)
Bir qarın çörəyə möhtac olan Əfqanıstan uşaqlarının ağır həyatından bir kadr (Foto: AFP/Johannes Eisele)
Soçiyə üz tutan Olimpia məşəlinin marşrutu Dağıstadan da keçir. Hadisə ilə bağlı Mahaç-qala stadionunda təşkil olunmuş şənlikdən görüntü. (Foto: AFP/Sochi 2014 Olimpia Təşkilat Komitəsi)
Müqəddəs Pyotr meydanında, Roma papası ilə birgə qızların havaya buraxdığı sülh göyərçini vəhşi quşun hücumuna məruz qalır. (Foto: Reuters/Alessandro Bianchi)
Məşhur Beatles qrupunun üzvləri Paul McCartney (solda) və Ringo Starr Los Ancelosda Grammy mükafatının təltif məarsimində (Foto: Reuters/Mario Anzuoni)
/Azadlıqradiosu
-
Region09:20
Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar
-
Ekopublika.az08:35
Azərbaycanda yumurta kəskin ucuzlaşdı - SƏBƏB
-
Nida Xəbər 07:50
Blinken Azərbaycanın kəndlərinin qaytarılması ilə bağlı razılaşmanı alqışladı
-
Magazin107:25
Azərbaycanlı aktrisa əzələlərini nümayiş etdirdi - FOTOLAR
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır