Zorlanmadan qoruyan dırnaq boyası – FOTOLAR
Bizi izləyin

Bilgi.az

Zorlanmadan qoruyan dırnaq boyası – FOTOLAR

Şimali Karolina Universitetinin bir qrup tələbəsi qadınları zorlanmaqdan qoruyan dırnaq boyası ixtira edib.

Bu dırnaq boyasının köməkliyi ilə qadınlar zorlanmaqdan qaça biləcək.

Boya universitetin 4 oğlan tələbəsi tərəfindən icad edilib. İxtiraçılar son zamanlar içkiyə dərman qatmaqla zorlanma hallarını nəzərə alaraq bu yeniliyə əl atıblar.

Lakin zorakılıqla mübarizə aparan Amerika hərəkatının fəalları bu vasitənin qadınları sosial problemlərdən qoruya biləcəyinə şübhə ilə yanaşırlar.

İxtiraçılar dırnaq boyasını "Undercover Colors" ticarət markası adı altında qeydiyyatdan keçirdib. Boyanın tərkibindəki kimyəvi birləşmə içkinin tərkibini yoxlaya bilir. Belə ki, tərəf müqabilinizin sizə təqdim etdiyi içkinin təhlükəsizliyini yoxlamaq istəyirsinizsə, boyalı dırnağı içkiyə salın. Qədəhin içərisində dərman və ya narkotik maddə varsa, dırnaq boyası rəngini dəyişəcək.

Boya universitetin 4 oğlan tələbəsi tərəfindən icad edilib. İxtiraçılar son zamanlar içkiyə dərman qatmaqla zorlanma hallarını nəzərə alaraq bu yeniliyə əl atıb.

"Force" seksual zorakılıq əleyhinə olan hərəkat da bu dırnaq boyasını birmənalı qarşılamayıb. Lakin mətbuatda yeni ixtira edilmiş dırnaq boyası alqışlanıb və artıq onun alıcıları da tapılıb.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm