Dünya ulduzları haker hücumuna məruz qaldılar
Bizi izləyin

Bilgi.az

Dünya ulduzları haker hücumuna məruz qaldılar

Xarici mətbuatdan verilən məlumata görə, naməlum hakerlər internetdə bir sıra aktrisa və müğənnilərin çılpaq fotolarını paylaşıblar.

Məşhurlara aid olan məxfi fotolar iPhone üçün nəzərdə tutulmuş iCloud proqramını qırmaqla əldə edilib. Hakerlər düz 101 nəfərin çılpaq fotolarını ələ keçiriblər.

Zərərçəkənlərdən birinin – Cennifer Lourensin vəkili şəkillərin həqiqi olduğunu təsdiqləyib. Vəkilin sözlərinə görə, şəkilləri ələ keçirən və onları yayan insanlar barədə cinayət işi açıla bilər.

Hakerlərin hücumuna məruz qalan məşhurlar arasında Selena Qomez, Rihanna, Meri Keyt Olsen, Keyt Apton və başqaları da olub.

Hakerlərin iCloud proqramında şəkilləri hansı yolla əldə etdikləri məlum deyil.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm