Təyyarədə qalmaqal – FOTO
Bizi izləyin

Bilgi.az

Təyyarədə qalmaqal – FOTO

ABŞ sakini Karolayn əri Cek Cordanın ölümü ilə bağlı "Southwest Airlines" hava şirkətini məhkəməyə vermək niyyətindədir.

Məsələ burasındadır ki, Karolayn və əri Cek Cordan Los-Ancelesdən Albukerke şəhərinə uçan təyyarədə olublar. Uçuş zamanı 62 yaşlı Cek ürək tutmasından əziyyət çəkib. Bu zaman kişiyə yardım etmək üçün sərnişinlərdən biri həkim və həkim köməkçisinə defibrillator aparatını (ürək ritminin pozulması zamanı elektrik impuls müayinəsi) göstərib, lakin stüardessa kişinin sinəsinin çox tüklü olmasını əsas gətirərək aparatdan istifadə etməyə icazə verməyib.

Təyyarə enəndən sonra kişinin sinə tükləri təmizlənib, amma aparat qoşulsa da, gec olub və kişi keçinib. Hazırda hadisənin baş vermə səbəbləri barədə tədqiqat gedir.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm